Sumqayıtda hava

Manşet, Cəmiyyət

Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Vaqif Zeynalovun yubileyi qeyd edilib

Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Vaqif Zeynalovun yubileyi qeyd edilib

Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Vaqif Zeynalovun yubileyi qeyd edilib

Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Vaqif Zeynalovun yubileyi qeyd edilib

Şəhərimizin 1 nömrəli Uşaq-Gənlər İdman Məktəbində "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, "Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyətinin Sumqayıt şəhər Şurasının sədri Vaqif Ələsgər oğlu Zeynalovun anadan olmasının 70 illik yubileyi ilə bağlı mərasim keçirilib.
Mərasimi giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov yubilyarın keçdiyi şərəfli həyat yolundan, məşqçi-müəllim və rəhbər vəzifələrdə çalışdığı bütün dövrlərdə şəhərin və Respublikanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətindən, idman sahəsində, xüsusilə ağır atletika növünün təbliği və inkişafında uğurlarından danışıb, bu kimi insanların şəhər rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını bildirib, poeziya vurğunu olan V.Zeynalovun yazdığı şeirləri oxuduqca onun daxili aləminin nə qədər zəngin olduğunu iştirakçıların nəzərinə çatdırıb.
Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, "Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” Firdovsi Ömərov, "Əməkdar məşqçi”lər - Ramiz Əliyev, Qərib Əliyev, "Alüminiumçu” İdman Evinin direktoru Səxavət Nərimanov V.Zeynalovun çoxşaxəli fəaliyyətindən danışaraq onu 70 illik yubileyi münasibətilə təbrik ediblər.
Yubilyar, Bədən Tərbiyəsi və İdman sahəsində səmərəli fəaliyyətinə görə İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilib.
"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR