Sumqayıtda hava

Cəmiyyət

Qafqaz Universiteti "AÇIQ DƏRS"də

Qafqaz Universiteti "AÇIQ DƏRS"də

Qafqaz Universiteti "AÇIQ DƏRS"də

İctimai Televiziyada canlı yayimlanan Açıq dərs verilişinin bu dəfəki sayının mövzusu abituriyentlərin universitet seçimi olub. Veriliş Qafqaz Universitetinə həsr edilib.

Universitetin keçdiyi yol, ölkəmizdə və beynəlxalq arenadakı yeri haqda ətraflı söhbətin açıldığı verilişdə universitetin professor-müəllim heyəti, xarici və yerli tələbələri, məzunlar iştirak edib.

Universitetin prorektoru Cihan Bulud universitet haqda geniş məlumat verib. O bildirib ki, universitet 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xeyir duası ilə fəaliyyətə başlayıb. Elə həmin ildən də beynəlxalq standartlara cavab verən kreditli dərs sistemi ilə tədrisə başlayıb. Kreditli dərs keçmə sisteminin üstünlüklərindən biri odur ki, tələbə nəzərdə tutulan müddətdən tez universitetdən məzun ola bilər.

Professor Əjdər Ağayev Qafqaz Universitetinin uğuruna səbəb olan universitetdə hazırlanan təhsil mühitinin sözlə ifadə oluna bilmədiyini ifadə edib. O qeyd edib ki, universitetin pedoqoji fakültəsindən məzun olanlar hal-hazırda ölkəmizin öndə gələn özəl məktəblərində, hazırlıq kurslarında və dövlət orta məktəblərində pedoqoji fəaliyyətlə məşğul olurlar.

Universitetin iş dünyası ilə əlaqələr üzrə prorektoru Təyyar Mustafayev universitet - iş dünyası əlaqələrinin qurulmasındakı "QAFQAZ" modeli haqda danışıb və bildirib ki, hazırda 90 faiz məzun öz ixtisası üzrə işlə təmin olunub.

Beynəlxalq Əlaqələr üzrə prorektor Sevil İmanova isə universitetin beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiklər universitetlərdən və tələbələr üçün həyata keçirilən mübadilə proqramları haqda məlumat verib.

Universitetin abituriyent şöbəsinin müdiri Adil Vəliyev xüsusi vurğulayıb ki, Qafqaz Universiteti özəl universitet kimi tanınsa da burada təhsil alan 4200 tələbənin 2430 nəfəri dövlət sifarişi ilə təhsil alır. Bundan əlavə ödənişli əsaslarla təhsil alan tələbələrin əksəriyyəti universitetin tətbiq etdiyi güzəştlərdən istifadə edir.

Verilişdə iştirak edən yerli və 24 ölkəni təmsil edən xarici tələbələr Qafqaz Universitetini seçməklə düzgün seçim etdiklərini əsaslandırıblar. Məzunlar cəmiyyətə yararlı vətəndaş kimi və müasir biliyə malik mütəxəsis kimi yetişmələrində Qafqaz Universitetində olan mühitə, ​verilən təhsilə minnətdar olduqlarını bildiriblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR