Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Gənclərin peşə seçimi” seminarı keçirilib

Sumqayıtda “Gənclərin peşə seçimi” seminarı keçirilib

Sumqayıtda “Gənclərin peşə seçimi” seminarı keçirilib 

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə iyunun 30-da Gənclər Evində "Gənclərin peşə seçimi” mövzusunda seminar keçirilib.
Seminarda şəhərin müxtəlif sahələrini təmsil edən gənclər, tələbələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Təlimçi İman Ağayev tərəfindən verilən seminarda gənclərin peşə seçimi və karyera qurma bacarıqları, iş müraciəti üçün CV-lərin hazırlanması, iş yerlərinə müraciət və özünü təqdimetmə, gənclərin komanda şəklində işləməsi və işgüzarlıq keyfiyyətləri mövzusunda söhbətlər aparılıb. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin təsdiq etdiyi "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritet istiqamətlərindən bir də gənclərin müxtəlif peşə biliklərinə yiyələnməsi, inkişaf edən ölkə iqtisadiyyatına uyğun yaranan yeni peşə sahələri haqqındadır.
Mövzu ətrafında diskusiya təşkil edilib, suallar cavablandırılıb.
"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR