Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıtda yeni tikiş fabrikinin açılışı olub

Sumqayıtda yeni tikiş fabrikinin açılışı olub


Yanvarın 13-də İlham Əliyev Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikinin açılışında iştirak edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ümumi dəyəri 60 milyon manat olan 7 tekstil fabrikinin yaradılması, ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 28,4 milyon manat güzəştli kredit ayrılıb, müasir texnologiya və avadanlıqlar əsasında qurulan 5 fabrik istifadəyə verilib. Belə iri layihələrdən biri də Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikidir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, fabrikin sahəsi 2,4 hektardır. Ümumi dəyəri 6,1 milyon manat olan fabrikin tikintisinə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.

Prezidentə indiyədək Sumqayıt şəhərində 354 sahibkarlıq subyektinin ümumi dəyəri 320 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət tərəfindən 120,6 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan, ümumi dəyəri 268,2 milyon manat olan 18 investisiya layihəsinin maliyyələşdirilməsinə 104,2 milyon manat güzəştli kreditlərin ayrılması barədə məlumat verildi. Bu kreditlər hesabına 5900-dən çox yeni iş yeri yaradılıb. Kreditlərin 219-u kiçik həcmlidir və bu layihələrin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli kredit verilib. Həmin kreditlər hesabına isə 560-dan çox sakin işlə təmin olunub.

Prezident İlham Əliyev “Alyans Tekstil” tikiş fabrikini işə saldı.

Məlumat verildi ki, tekstil fabriki 2 əsas istehsal və 4 köməkçi sahədən ibarətdir.

Dövlət başçısı fabrikin dünyanın ən qabaqcıl şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmiş tikiş sahəsində istehsal prosesi ilə tanış oldu.

Bildirildi ki, fabrik ildə 100 min dəst müxtəlif işçi geyimləri-gödəkçə, kombinezon, kostyum və dəstlər istehsal etmək gücünə malikdir. Dövlətin maliyyə dəstəyi ilə fabrikin yeni tikilmiş istehsal binasında tamamlama işləri aparılıb və avtomatik parça sərim xətti, alt və üst transportlu iplik kəsməli tikiş maşınları, qurutma konveyerləri, loqotip və yazı vurulması üçün boya avadanlığı, naxış və universal tikiş maşınları quraşdırılıb. Toxunan parça texnologiyaya əsasən sərmə, qatlama və kəsmə proseslərindən sonra tikiş sahəsinə verilir. İstehsal olunan məhsulun üzərinə hörmə və ya boya ilə sifarişçinin istəyinə uyğun olaraq onun loqosu və adı vurulur.

Dövlətimizin başçısı burada istehsal olunan məhsulların nümunələrinə baxdı. Fabrikin əsas xammalı olan parça Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyə dəstəyi göstərilən “Gilan” Tekstil Parkından alınır. Layihələrin icrası nəticəsində fabrikdə 200 iş yeri yaradılıb. Müəssisədə işçilərin məhsuldar çalışmaları üçün hər cür şərait var.

Sumqayıtda yeni tikiş fabrikinin açılışı olub

Sumqayıtda yeni tikiş fabrikinin açılışı olub

Sumqayıtda yeni tikiş fabrikinin açılışı olub





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR