Sumqayıtda hava

Manşet, Elan

SUMQAYITDA VAKANSİYA - Satış məsləhətçisi

SUMQAYITDA VAKANSİYA - Satış məsləhətçisi

"ABC Telecom" şirkəti "Kontakt Home" mağazalar şəbəkəsi vasitəsi ilə müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutub. Şirkət davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Satış Məsləhətçisi

Tələblər:

• Yaş: 18 yaşdan yuxarı

• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır.

• Satış təcrübəsi arzu olunandır, lakin vacib deyil.

• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.

• Satış qabiliyyəti olmalı.

Vəzifələr:

• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək

• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək

• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək

• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək

• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək

• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənməkİş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

• Həftədə 6 iş günü, 1 gün istirahət

• Şirkət məhsullarını endirimlə əldə etmək imkanı

• Karyera yüksəlişi imkanı

Qeyd: İş yeri Sumqayıt şəhərində yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində "Satış Məsləhətçisi” qeyd edərək öz CV-lərinizi hr@abc-telecom.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son müraciət tarixi: 2016-07-24

jobsearch.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR