Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda ictimai dinləmə keçirilib

Sumqayıtda ictimai dinləmə keçirilib

Sumqayıtda ictimai dinləmə keçirilib

Sumqayıtda ictimai dinləmə keçirilib

"İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası və təbliği vəziyyətinin müzakirəsi davam etdirilir. Növbəti ictimai dinləmə Sumqayıtda şəhərində keçirlib.

Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Şəhər İcra Hakimiyyəti, məhkəmə, polis, prokurorluq orqanları, səhiyyə və təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən İcra Hakimiyyəti başçısının 1-ci müavini Faiq Kərimov insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin dövlət siyasətinin ən başlıca xəttini təşkil etdiyini bildirib, şəhərdə insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb.

Milli Fəaliyyət Planının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi sahəsində görülən işlər barədə məlumat verən Ombudsman Elmira Süleymanova ölkəmizdə həyata keçirilən demokratik hüquqi və sosial-iqtisadi islahatlardan söz açıb, insan hüquq və azadlıqlarının müdafiəsi işinin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, Milli Fəaliyyət Proqramının bundan sonra da ardıcıl olaraq həyata keçiriləcəyini qeyd edib.

Müzakirələrdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Ombudsman Elmira Süleymanova Sumqayıt Şəhər Polis İdarəsində və Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində də olub.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR