Sumqayıtda hava

Manşet, Cəmiyyət

Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni turizm obyektlərində əhalinin mədəni istirahətini təşkil edir - FOTO

Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni turizm obyektlərində əhalinin mədəni istirahətini təşkil edir - FOTO

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi yeni layihəyə start verib.

İdarənin Mətbuat xidmətindən bildirilib ki, yeni açılan turizm obyektlərində əhalinin mədəni istirahətinin təmin olunması məqsədilə mədəniyyət müəssisələri davamlı olaraq konsert proqramı ilə çıxış edəcəklər.

İlk belə layihə Goradildə Dövlət Sərhəd Xidmətinin "Sərhədçi” istirahət mərkəzinin açılışı zamanı həyata keçirilib. Tədbirdə C.Cabbarlı adına mədəniyyət evinin, Şəhər Mədəniyyət evinin və Corat qəsəbə mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvləri Zaur Yusifli, Kamil Ağazadə, Günay Sadıqova, Sevda Akkaya, Ravin Əliyevin ifasında bəstəkar və xalq mahnıları hərbçilər tərəfindən alqışlarla qarşılanıb. Kamil Ağazadənin hazırladığı şou proqram uşaqların böyük marağına səbəb olub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR