Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Xəzər ulduzları”nın 8 illik konserti keçirilib

 

 

 

Sumqayıtda “Xəzər ulduzları”nın 8 illik konserti keçirilib

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin və Şəhər Mədəniyyət evinin dəstəyi ilə N.Nərimanov adına mədəniyyət mərkəzində xoreoqraf Kamil Ağazadənin "Xəzər ulduzları” rəqs ansamblının yaranmasının 8 illiyinə həsr olunmuş konserti keçirilib.
Şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən bildirilib ki, konsertdə Azərbaycan rəqsinin tarixinə həsr olunmuş videoçarx təqdim olunub. Rəqs ansamblının ifasında "Yallı”, "Köçəri” yallısı, "Şoloxo”, "Uzundərə”, "Azəri”, "Aytacım” milli və müasir rəqsləri, o cümlədən, məzəli, teatrlaşdırılmış rəqslər, dünya xalqlarının rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdə çıxış edən gənc müğənnilər Zaur Yusifli, Elvin Qasımov, İbrahim Quluzadə, Həyat Həsənzadə, Xəyalə Abdullayeva öz ifaları ilə kollektivi təbrik ediblər.
Sonda rəqs kollektivinin üzvləri "Fəxri Fərmanla” təltif edilib.
"Yenisumqayit.az"

 

Sumqayıtda “Xəzər ulduzları”nın 8 illik konserti keçirilib

Sumqayıtda “Xəzər ulduzları”nın 8 illik konserti keçirilib

Sumqayıtda “Xəzər ulduzları”nın 8 illik konserti keçirilib

 

Sumqayıtda “Xəzər ulduzları”nın 8 illik konserti keçirilib

 

 

 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR