Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt ən böyük marketində müştərilərə hörmətsizlik - ŞİKAYƏT

Sumqayıtın ən böyük marketi sayılan Hiper Marketdə müştərilərin hüquqları pozulur.

Bu barədə AzNews.info-ya marketin müştərilərindən biri şikayət məktubu göndərib. Redaksiyaya müraciət edən Afaq Cəbrayılova bildirir ki, market dəfələrlə müştəriləri aldadıb, hüquqlarını tapdalayıb.

Belə ki, bonus toplamaq adıyla müştəriləri şirnikləşdirən market heç bir müştəriyə xəbərdarlıq etmədən bonusları sıfırlayır. Bu barədə narazılıq edən müştərilərə isə, "Xoşunuz gəlmir, başqa marketdən alış-veriş edin" deyə kobud cavab verilir.

Ümumiyyətlə, hazırda market müştərilərə ayda 1 dəfə bonusları sıfırladığını bildirir. Ən kiçik hədiyyənin 48 bonus olduğunu nəzərə alsaq, ay ərzində alıcı ən azı 480 manat alış-veriş etməlidir. Bu da, orta statistik bir azərbaycanlının imkanları daxilində deyil.Lakin, problemlər bununla bitmir.

Bonus toplayıb sonda həmin bonusları hədiyyə və ya pula dəyişmək istəyənlərə, market əvəzində alış-veriş edə biləcəklərini deyərək, öncədən vəd olunan hədiyyələri verməkdən yayınır.

Müştərilərinin böyük qisminin qarşılaşdığı bonus problemindən savayı, Afaq Cəbrayılova marketdə bir sıra vaxtı keçmiş məhsulların təzə adı ilə satılmasını iddia edir. Onun sözlərinə görə, hətta iyun ayının 17-ində həyat yoldaşı Mübariz Cəbrayılov marketdən alınmış yuxadan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Afaq xanım bu barədə market rəhbərliyinə şikayət etsə də, adı çəkilən marketdə hələ də vaxtı keçmiş məhsulların satışının davam etdiyini bildirir.

Ümid edirik, bu iddialarla bağlı araşdırma aparılar, lazımi qurumlar və market rəhbərliyi müvafiq addımları atarlar.

Qarşı tərəfin münasibətini də dərc etməyə hazırıq.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR