Sumqayıtda hava

Dünya

Azərbaycanlı hafizlər beynəlxalq Quran yarışmasında

Azərbaycanlı hafizlər beynəlxalq Quran yarışmasında

Artıq Azərbaycanlı hafizlərin İslam dünyasının müxtəlif ölkələrində keçirilən Quran tilavət və hifz müsabiqələrinə dəvət olunmaları ənənəvi hal alıb.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, növbəti belə müsabiqə iyun ayının sonunda İordaniyanın paytaxtı Ammanda 27, Əlcəzairdə isə 54 ölkənin təmsilçiləri arasında keçirilib.

Azərbaycanı İordaniyada Şəki İslam mədrəsəsinin məzunu hafiz Bədirov Şüeyb İsmayıl oğlu, Əlcəzairdə isə eyni mədrəsənin məzunu hafiz Məmmədov Sadiq Nurməmməd oğlu təmsil edib. Hər iki hafizimiz seçmə sınaqları keçərək əsas müsabiqədə uğurla çıxış ediblər.Qeyd edək ki, builki müsabiqə Zaqatalalı Bədirov Şüeyb üçün artıq 4-cü beynəlxalq sınaqdırsa, Ağdaş rayonu Yuxarı Nemətabad kəndinin sakini Xaliq Ağammədov ilk dəfədir ki, hafizlik məharətini beynəlxalq səviyyədə sınayıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR