Sumqayıtda hava

Cəmiyyət

Bakı Ali Neft Məktəbinin tələbələri Sumqayıt Təlim, Tədris Mərkəzində

Bakı Ali Neft Məktəbinin tələbələri Sumqayıt Təlim, Tədris Mərkəzində

İyulun 28-dən SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 17 nəfərdən ibarət III kurs tələbəsi üçün "Mühəndis energetik” ixtisası üzrə kurs təşkil olunub.

SOCAR-ın Mətbuat Xidmətinin məlumatına görə, kurs müddətində tələbələr müasir elektrik avadanlıqlarının, qurğuların, cihazların işləmə xüsusiyyətlərini əyani şəkildə öyrənəcəklər. Tələbələrə əməyin mühafizəsi və texniki təhlükəsizliyi, elektrik və yanğın təhlükəsizliyi, zəhərləyici və aşındırıcı maddələrlə davranış, fərdi mühafizə vasitələrindən istifadə, xəsarət almış insana ilk tibbi yardımın göstərilməsi üsulları da tədris olunacaq.

Kursun tədrisi avqustun 5-də başa çatacaq.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR