Sumqayıtda hava

Maraqlı

Azərbaycana elektrik avtomobilləri gəlir (FOTO)

Azərbaycana elektrik avtomobilləri gəlir (FOTO)


“GreenCar”- elektrik nəqliyyat vasitələrinin satış və xidmət Mərkəzi Azərbaycan Avtomobil Federasiyası və Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq təşkilatının dəstəyi ilə ölkə ərazisində genişmiqyaslı innovativ- ekoloji layihənin həyata keçirilməsinə başlayıb.

Layihə çərçivəsində “GreenCar” satış və xidmət Mərkəzində müxtəlif ölkələrin istehsalı olan elektrik nəqliyyat vasitələri – elektrik avtomobilləri, elektrik avtobusları, elektrik motosikletləri, elektrik velosipedləri və s. nümayiş olunacaq. Burada ziyarətçilərə elektrik avtomobillərinin ətraf mühitin qorunması baxımından üstünlükləri, onlarda tətbiq olunan texnoloji yeniliklər barədə məlumatlar təqdim ediləcək, həmçinin bu növ avtomobillərin satışı və texniki xidməti təşkil olunacaq.

“GreenCar” layihəsi çərçivəsində bir dəfəyə elektrik enerjisi ilə 300 km məsafə qət edən avtobuslarla marşrutlar üzrə sərnişin daşınması da həyata keçiriləcək. Bu marşrutların gələcəkdə Bakı şəhəri və regionlar üzrə genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda bir dəfəyə elektrik enerjisi ilə 300 km məsafə qət edən elektrik taksilərinin də Bakıya gətirilməsi layihənin tərkib hissəsidir.

Bakı şəhərində və magistral yolların bir çoxlarında müasir texnoloji vasitələrlə təmin olunan enerji doldurma cihazları quraşdırılacaq, stansiyalar tikiləcək. Xüsusi proqram təminatı ilə idarə olunan enerji doldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir. Həmçinin elektrik avtomobillərini adi elektrik qutularından da enerji ilə doldurmaq mümkün olacaq.

Layihə Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətində həyata keçirilən ekoloji layihələrə dəstək olmaqla, ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır.

Azərbaycana elektrik avtomobilləri gəlir (FOTO)

Azərbaycana elektrik avtomobilləri gəlir (FOTO)

Azərbaycana elektrik avtomobilləri gəlir (FOTO)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR