Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda yeni layihə başlandı - “Dostluğumuz Kitabdan Başlasın”

Sumqayıtda yeni layihə başlandı - “Dostluğumuz Kitabdan Başlasın”

Sumqayıtda yeni layihə başlandı - “Dostluğumuz Kitabdan Başlasın”

Sumqayıtda yeni layihə başlandı - “Dostluğumuz Kitabdan Başlasın”

Prezident yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan "Dostluğumuz Kitabdan Başlasın” layihəsinin təqdimatı və ilk mərhələsi keçirilib.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə iyulun 30-da "Gənclər Evi”ndə keçirilən təqdimatda tərəfdaş təşkilatların nümayəndələri ilə yanaşı, müxtəlif sahələri təmsil edən ictimai-fəal, könüllü gənclər də iştirak edib.
Layihə rəhbəri Taleh Əliyev çıxışında Ümummili Lider Heydər Əliyevin dövlət gənclər siyasətinin formalaşmasında olan xidmətlərindən, gənclərə göstərdiyi diqqət və qayğıdan və bu siyasətin Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. O bildirib ki, günümüzdə kitaba etinatsızlığın aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülür, Gənclər Fondu qrant müsabiqələrdə bu mövzuya daima yer ayırır. "Dostluğumuz Kitabdan Başlasın” layihəsinin də məqsədi gənclərdə kitab oxuma vərdişini inkişaf etdirmək, mütailə zövqü qazandırmaq, nizamlı kitab oxuma vərdişlərini artırmaqla asudə vaxtlarının səmərəli təşkili etmək və sağlam, mədəni əlaqələr qurmalarına yardımçı olmaqdır.
Layihə təlimçisi İman Ağayev çıxışında qeyd etdi ki, növbəti icra mərhələlərində gənclər oxuyub bitirdikləri kitabları bir-biri ilə mübadilə edəcək, bununla həm iştirakçılar həm də kitab almağa imkan olmayan gənclər yeni mütailə obyekti, mübadilə əsnasında isə yeni dostluqlar qazanacaqlar.Sonda layihə icrasında aktivlik nümayiş etdirən könüllü gənclərə sertifikatlar təqdim edilib.
"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR