Sumqayıtda hava

Manşet, Cəmiyyət

İcra başçısı “İnter Textile” Açıq Səhmdar Cəmiyyətində

İcra başçısı “İnter Textile” Açıq Səhmdar Cəmiyyətində

İcra başçısı “İnter Textile” Açıq Səhmdar Cəmiyyətində

İcra başçısı “İnter Textile” Açıq Səhmdar Cəmiyyətində

Sumqayıt şəhərində yerli istehsal inkişaf etdirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində fəaliyyət göstərən "İnter Textile” Açıq Səhmdar Cəmiyyətində olub, müəssisənin fəaliyyəti ilə yaxından tanış olub.
İstehsalla tanış olan şəhər rəhbərinə məlumat verilib ki, müəssisə 1974-cü ildə "Sumqayıt Üst Trikotaj Fabriki” kimi təsis edilib, 2000-ci ildə "Sumqayıt Trikotaj” ASC və 2008-ci ildən "İnter Textile” ASC kimi fəaliyyətini davam etdirir. 2008-ci ildə başlayan təmir-tikinti və yenidənqurma işləri 2010-cu ildə başa çatıb, 2011-ci ildən fabrik yenidən fəaliyyətə başlayıb.
Bildirilib ki, bir neçə istehsal sahələri olan fabrikdə hazırda 500-dən çox işçi çalışır və orta aylıq əmək haqqı 360 manat təşkil edir. Tərkibi 100 % pambıq olan iplik istehsal sahəsində 2 növ təkqat iplik istehsal edilir. Bu iki istehsal sahələrində ipliyin istehsal nömrələrindən asılı olaraq ipliklərin buraxılması mümkündür. Quraşdırılmış texnoloji maşınlar Almaniya, İtaliya və İsveçrə istehsalıdır. Mövcud avadanlıqların illik istehsal gücü 3500-4000 ton təkqat iplikdir. Bunula yanaşı illik istehsal gücü 1500-2000 ton olan ipliklərin cütləmə-burma sahəsi də fəaliyyət göstərir. İstehsal edilən ipliklərin 99 % ixrac edilir. Hazırda Türkiyə, Almaniya, Portuqaliya, Belçika, Bolqarıstan, Polşa, Misir və Rusiyaya iplik ixrac olunur.
Qeyd olunub ki, iplik istehsalından yaranan ilkin tullantıların bir hissəsini təkrar emalda istifadə edilməsi və istehsalın səmərəliliyini artırmaq məqsədilə fabrikdə müasir avadanlıqları quraşdırılıb. Bu avadanlıqların köməyi ilə ilkin tullantıların 50 %-ə qədəri yenidən pambıq mahlıcı kimi istehsala qaytarılır.
Məlumat verilib ki, trikotaj məhsullarının istehsalı sahəsində əsasən Türkiyədən gətirilən akril ipliklərdən və fabrikin istehsalı olan sonradan boyanmış pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları istehsal edilir. Burada tam avtomatlaşmış trikotaj toxuma avadanlıqları quraşdırılıb. Avadanlıqların illik istehsal gücü, toxunan modeldən asılı olaraq 60000-100000 arasındadır.
Fabrikdə xüsusi işçi geyimləri və məktəbli formasının tikişi sahəsində yerli istehsal olan və xaricdən idxal edilən parçalardan istifadə edilməklə bütün sahələri əhatə edən yüksək keyfiyyətli qeyimlər istehsal olunur.
Qadınlar üçün üst geyimlərinin tikişi sahəsində dəbdə olan və hər zövqə cavab verən geyimlər istehsal edilir. Köynək istehsalı sahəsində əsasən Türkiyədən idxal edilən və tərkibi 100 % pambıq olan parçalardan istifadə edilir. Illik istehsal gücü 100000 ədəd köynəkdir. Burada müasir naxış vuran texnoloji maşınlar quraşdırılıb. Bu naxış vuran texnoloji maşınlar qeyimlərə istənilən naxışın vurulmasına imkan yaradır.
Fabrikin ənənəvi istehsal sahələrindən biri də xalça istehsalı sahəsidir. Burada bitki mənşəli boyalardan istifadə etməklə Azərbaycanın bütün xalçaçılıq məktəblərinin çeşnələrini görmək olar.
Xüsusi vurğulanıb ki, müəssisənin fəaliyyət istiqamətinə uyğun olaraq ixtisaslı və peşəkar kadrlara real tələbat vardır.
"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR