Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin könüllülərindən daha bir sosial layihə - FOTOLAR

Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin könüllülərindən daha bir sosial layihə - FOTOLAR

Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin könüllülərindən daha bir sosial layihə - FOTOLAR

Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin könüllülərindən daha bir sosial layihə - FOTOLAR

İyulun 31-də Sumqayıt regional "ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə "Gözdən əlillər üçün oxu dərnəyi" layihəsinin ilk tədbiri baş tutub.

Layihənin məqsədi görmə əngəlli insanların dünyagörüşünü artırmaq, mütaliə ehtiyacını qarşılamaq, onlara mənəvi dəstək olmaq və cəmiyyətə adoptasiyasına yardım etməkdir.

İlk tədbir Sumqayıt regional "ASAN xidmət” mərkəzinin direktor müavini Kəmalə Rəhimovanın açılış nitqi ilə başlayıb. Kəmalə xanım könüllülərin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini, layihənin davamlı olması üçün əllərindən gələn hər bir köməkliyi əsirgəməyəcəklərini bildirib.

Tədbirdə "ASAN xidmət” könüllüləri tərəfindən dəyərli yazıçımız İlyas Əfəndiyevin "Gözlənilməyən sevgi” hekayəsi və gözdən əlillərə həsr edilmiş müxtəlif uğur hekayələri səsləndirilib, tədbir musiqi və rəqs parçaları ilə davam edib. Eyni zamanda "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” Sumqayıt təşkilatının üzvü Rövşən Ulduzxanın öz şeirini səsləndirməsi hamının marağına və alqışına səbəb olub.

Tədbirdə çıxış edən "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”nin Sumqayıt filialının rəhbəri Tamam Məsimova layihənin təşkil olunmasına görə öz təşəkkürünü bildirib və layihənin davamlı olmasını arzulayıb.

Sonda xatirə fotoları çəkilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR