Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıta elektron tullantı qutuları quraşdırılacaq - YENİ LAYİHƏ

Sumqayıta elektron tullantı qutuları quraşdırılacaq - YENİ LAYİHƏ

Sumqayıta elektron tullantı qutuları quraşdırılacaq - YENİ LAYİHƏ

Prezident yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan "E-tullantılar Qutusu” layihəsinin təqdimatı keçirilib.

Sumqayıt şəhərində keçirilən təqdimatda çıxış edən layihə rəhbəri Elvin Gülməmmədov Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Gənclər Fondunun gənclərin fərdi idealarının, təşəbbüslərinin dəstəklənməsində, potensiallarının üzə çıxarılmasında və hərtərəfli inkişafında olan rolundan danışıb və iştirakçıları Fondun müsabiqələrində aktivlik nümayiş etdirməyə dəvət edib.

Layihə rəhbəri bildirib ki, "E-tullantılar Qutusu” layihəsi Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatı, Sumqayıt Gənclərinin Sağlam Gələcəyi Təşəbbüs Qrupunun və könüllü gənclərin birgə əməkdaşlığı ilə reallaşdırılacaq.

Layihənin əsas məqsədi elektron tullantıların təbiətə, atmosferə, insan sağlamlığına vurduğu zərərin qarşısını almaq, bu zərərlər haqqında ictimaiyyəti o cümlədən yeniyetmə və gəncləri bilikləndirmək, elektron tullantıların təbiətə və bitkilərə olan təsirlərini araşdırmaq, maarifləndirmə işi təşkil etməkdir.

Layihə çərçivəsində tullantı platformalarında məişət tullantıları qutuları ilə yanaşı elektron tullantılar qutusu da yerləşdiriləcək ki, bu da belə tullantıların zərərlərinin qarşısını almaqda yardımçı olacaq.

Qeyd olunub ki, layihənin növbəti icra mərhələləri haqqında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar veriləcəkdir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR