Sumqayıtda hava

Manşet, Cəmiyyət

Novxanı qəsəbəsinin sahilboyu zolağında TƏMİZLİK AKSİYASI

Novxanı qəsəbəsinin sahilboyu zolağında TƏMİZLİK AKSİYASI

Novxanı qəsəbəsinin sahilboyu zolağında TƏMİZLİK AKSİYASI

Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə "Xəzər günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin paytaxtdakı ümumi təhsil məktəblərində fəaliyyət göstərən "Ekoklub” və ekoloji dərnək üzvləri fəal iştirak edib.

Tədbirdə Xəzər dənizinin ekoloji problemləri və görülən işlər müzakirə edilib, ətraf mühitin qorunmasına və tullantıların azaldılmasına dair fikir mübadiləsi aparılıb. Məktəblilər Xəzərə həsr olunmuş rəsm müsabiqəsində də iştirak ediblər. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonra gənc ekoloqlar Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun fəaliyyəti ilə tanış olub. Həmçinin, "Ekoklub” və dərnək üzvləri Novxanı qəsəbəsinin sahilboyu hissəsində ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyasında iştirak ediblər. 2 hektar ərazi tullantılardan təmizlənib.

Qeyd edək ki, "Xəzər günü” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə 1995-ci ildən başlayaraq 5 Xəzəryanı ölkədə hər il 12 avqust "Xəzər günü” kimi qeyd edilir. Bu günün qeyd edilməsində əsas məqsəd dənizin bioloji ehtiyatlarının qorunması, davamlı istifadəsi və əhalinin maarifləndirilməsindən ibarətdir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR