Sumqayıtda hava

Cəmiyyət

Tahir Mirkişili Yay Olimpiya Oyunlarından yazdı: "Bu əzmkarlığın nəticəsi idi"

Tahir Mirkişili Yay Olimpiya Oyunlarından yazdı: "Bu əzmkarlığın nəticəsi idi"

Yay Olimpiya oyunları hər zaman dünyanın ən maraqlı idman yarışlarından sayılır. Bu əslində ən güclülərin yarışıdır. Olimpiya oyunlarında iştirak belə böyük uğur sayılır. Bu baxımdan Rioda keçirilən Yay Olimpya oyunları da öz rəngarəngliyi, idmançıların yeni rekordları və həm də qalmaqalları ilə yadda qaldı.

Bu fikirləri Millət vəkili Tahir Mirkişili öz sosial şəbəkə hesabında qeyd edib.

T.Mirkişili bildirib ki, Azərbaycan, London Yay Olimpiya oyunlarından fərqli olaraq bu dəfəki yarışlara daha çox idmançı ilə qatılıb. Ölkəmizi 14 idman növü üzrə 56 idmançı təmsil edirdi. Əldə olunan medalların idmançıların sayına nisbətinə görə Azərbaycan dünyada 1-ci yerə çıxdı. Ümumi medal sayına görə dünyada 15-ci, Avropada 7-ci, müsəlman ölkələri arasında 1-ci, MDB ölkələri arasında 2-ci yerə çixdı. Bunlar çox böyük uğurlardır.

London Olimpiya oyunlarında ölkəmizi 53, Rio Olimpiya oyunlarında isə 56 idmançı təmsil edirdi. Əgər London Olimpiya oyunlarında idmançılarımız 10 medal qazanmışdılarsa, Rioda qazanılan medalların sayı 18 oldu. Bu bizim idmançıların çox böyük uğurunun və əzmkarlığının nəticəsi idi.

Olimpiya idman yarışlarında nailiyyət əldə etmək çox çətindir. Bunun üçün illər uzunu əzmkarlıqla məşq etmək, əzab-əziyyətlərə qatlaşmaq və qələbə ruhuna sahib olmaq lazım. Ölkəmizdə ilk öncə idmançıların yetişməsi üçün bütün şərait yaradıldı. Olimpiya kompleksləri, müxtəlif idman qurğularının tikilməsi idmanın inkişafı üçün bazanı formalaşdırdı. Daha sonra idmançıara xüsusi qayğı və diqqətin göstərilməsi, onlara maddi və mənəvi dəstəyin verilməsi idmançıları daim qələbələrə ruhlandırdı.

Azərbaycan Prezidentinin hər zaman idmançıların yanında olması, əksər hallarda onun idman yarışlarını şəxsən izləməsi, qalibləri şəxsən təbrik etməsi idmançılara qələbə ruhunu aşıladı. Hesab edirəm ki, Azərbaycan idmançılarının qalibiiyyətlərinin sirri məhz bu amillərlə bağlıdır.

Sonda Millət vəkili idmançılarımıza daha da böyük uğurlar arzu edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR