Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda ailəvi idman təsnifat yarışı

Sumqayıtda ailəvi idman təsnifat yarışı


Dünən Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Olimpiya Oyunlarının dünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində zona üzrə növbəti ailəvi idman təsnifat yarışı keçirilib.
Yarışın əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və onların valideynlərini Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.
Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışlara Abşeron, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba, və Qusar rayonlarından və Sumqayıt şəhərindən olan ailələr və yüzlərlə tamaşaçı azarkeşlik edib.
Yarışın açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi və MOK-un nümayəndələri çıxış edərək bu kimi tədbirlərin uşaqların və gənclərin idmana həvəs ruhunda tərbiyə edilməsində mühüm rol oynadığını vurğulayıblar. Onlar Olimpiya dəyərlərindən və 2015-ci il Avropa Oyunlarından söhbət açıb və bu kimi təşviqedici və maraqlı idman fəaliyyətləri ilə zəngin tədbirlərin əsas məqsədinin sağlam nəslin yetişməsinə, o cümlədən Olimpiya hərəkatının genişlənməsinə dəstək olduğunu bildiriblər.
Rəsmi hissədən sonra müxtəlif idman növlərindən ibarət şən və təhlükəsiz oyunlara start verilib. Gənc müğənni və rəqqasların çıxışları yarış həyəcanını bir qədər də artırıb.
Yarışların qalibi Sumqayıt şəhərinin 2-ci komandası, ikinci və üçüncü yerlərin sahibləri isə Qusar və Xaçmaz rayonlarından olan ailələr olub.
Qaliblər Milli Olimpiya Komitəsinin və “Coca-Cola” şirkətinin qiymətli hədiyyələri və diplomları ilə mükafatlandırılıblar.
Bu ilin dekabrında Bakıda keçiriləcək finalda zonalar üzrə yarışlarda birinci üç yeri tutmuş komandalar iştirak edəcək.

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR