Sumqayıtda hava

Manşet, Siyasət

İlham Əliyev Türkiyəyə səfərdədir (FOTOLAR)

İlham Əliyev Türkiyəyə səfərdədir (FOTOLAR)


Yanvarın 14-də Prezident İlham Əliyev Türkiyə Respublikasına dövlət səfərinə gəlib.

"Yeni Sumqayıt"ın Prezidentin rəsmi saytına istinadla verdiyi məlumata əsasən, Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Həmin gün Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

İlham Əliyev Türkiyəyə səfərdədir (FOTOLAR)


Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunuldu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulandı. Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirildi. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

İlham Əliyev Türkiyəyə səfərdədir (FOTOLAR)


Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu birgə nahar etdilər.

Prezident İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gələrək böyük Atatürkün məzarını ehtiramla ziyarət edib, məzarı önünə əklil qoyub. Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

İlham Əliyev Türkiyəyə səfərdədir (FOTOLAR)

İlham Əliyev Türkiyəyə səfərdədir (FOTOLAR)


Türkiyə Respublikası Prezidentinin Sarayında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

İlham Əliyev Türkiyəyə səfərdədir (FOTOLAR)


Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

İlham Əliyev Türkiyəyə səfərdədir (FOTOLAR)


İlham Əliyev Türkiyəyə səfərdədir (FOTOLAR)


Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

İlham Əliyev Türkiyəyə səfərdədir (FOTOLAR)


Görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimizin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olundu. Söhbət zamanı Türkiyənin “Böyük 20-liyin” növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışıldı.

Prezident İ.Əliyev həmin tədbirə dəvətə görə Prezident R.T.Ərdoğana minnətdarlığını bildirdi, bu dəvət Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edildi. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirdilər.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR