Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda futbol üzrə Respublika turnirinə yekun vuruldu - FOTO

Sumqayıtda futbol üzrə Respublika turnirinə yekun vuruldu - FOTO

29 avqust - 2 sentyabr tarixlərində Mehdi Hüseynzadə adına şəhər stadionunda Azərbaycanın Əməkdar Məşqçisi Tofiq Rzayevin xatirəsinə həsr olunmuş futbol üzrə 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında Respublika turniri keçirilib.

Turnirdə Sumqayıtın 4 komandası ilə yanaşı Bakının 2, Şamaxı, Şabran, Qusar şəhər və rayonlarının, həmçinin "Qarabağ”, "Vətən”, "Əlincə” Futbol Klublarının komandaları qalib adı uğrunda mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbinin komandası birinci, "Vətən” və "Sumaqyıt" Futbol Klubunun komandaları müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.

Qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsi tərəfindən medal, fəxri fərman, kubok və hədiyyələrlə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR