Sumqayıtda hava

Manşet, Siyasət

"Yeni Azərbaycan" təşviqat qrupunun nümayəndələri Sumqayıtda görüş keçirib

"Yeni Azərbaycan" təşviqat qrupunun nümayəndələri Sumqayıtda görüş keçirib

"Yeni Azərbaycan" təşviqat qrupunun nümayəndələri Sumqayıtda görüş keçirib

"Yeni Azərbaycan" təşviqat qrupu sentyabrın 26-da keçiriləcək referendum ilə bağlı təbliğat kampaniyası çərçivəsində dünən Sumqayıt şəhərində seçicilərlə görüş keçirib.

Təşviqat qrupunun Sumqayıt şəhər şöbəsinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev şəhərdə referendum ilə bağlı fəal təbliğat işlərinin aparıldığını bildirib. "Yeni Azərbaycan" təşviqat qrupunun "Həmrəy olaq, HƏ deyək" şüarı altında təşviqat apardığını qeyd edən natiq təklif olunan əlavə və dəyişikliklərin böyük qisminin hüquq və azadlıqların miqyasını genişləndirməyə xidmət göstərəcəyini diqqətə çatdırıb. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı layihəsi haqqında məlumat verən A.İmaməliyev 29 maddəyə əlavə və dəyişikliklərin nəzərdə tutulduğunu diqqətə çatdırıb:

"Bu gün nəzərdə tutulan əlavə və dəyişikliklər ümumi inkişaf proqramlarının daha çevik, effektli şəkildə həyata keçməsinə imkan verəcək".

Təşviqat qrupunun vəkili, millət vəkili Mirzəcan Xəlilov seçicilərə Konstitusiyaya təklif olunan bəzi əlavə və dəyişikliklər haqqında geniş məlumat verib. M.Xəlilov bu dəyişikliklərin milli dövlət təhlükəsizliyimizin təminatında, sabitliyin qorunmasında böyük əhəmiyyət kəsb edəcəyini dilə gətirib:

"Referendum Aktı layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır".

Millət vəkili Tahir Mirkişili isə Referendum Aktı layihəsində yer alan vacib məsələlərdən birinin mülkiyyətlə bağlı olduğunu deyib. Onun sözlərinə görə, təklif edilən əlavə və dəyişikliklərdə xüsusi mülkiyyətçilərin sosial öhdəlikləri ilə bağlı müddəa da yer alır:

"Eləcə də təklif edilən əlavə və dəyişikliklərdə torpaqlardan səmərəli istifadə məsələsi nəzərdə tutulur. Torpaqlardan səmərəli istifadə məsələsi hər zaman öz aktuallığını qoruyur. Torpaq ehtiyatlarından səmərəli istifadə isə bizə ərzaq təhlükəsizliyimizin təminatında yaxından kömək edəcək. Bu mənada irəli sürülən müddəalar birmənalı şəkildə dövlətimizin inkişafına xidmət göstərir".

Tədbirdə çıxış edən sumqayıtlı seçicilər irəli sürülən əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.

Yap.org.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR