Sumqayıtda hava

Elan

Elektrik mühəndisliyi üzrə praktiki kurs

Elektrik mühəndisliyi üzrə praktiki kurs

Barattson School of Engineering & Technology mühəndislik kurslarının təşkili üzrə uğurlu təcrübəsinə əsaslanaraq növbəti "Elektrik Mühəndisliyi" praktiki kursunu elan edir.

Təlim Azərbaycanda fəaliyyət göstərən xarici və yerli şirkətlərin elektrik stansiyalarının ərazisinə təcrübi ekskursiyalar və tədris zamanı auditoriyada quraşdırılmış stend üzərində mini elektrik laboratoriya vasitəsilə həyata keçiriilr!

Elektrik mühəndisliyi kursunun əsas məqsədi:

- Elektrik Mühəndislərini elektroenergetika sahəsində elmi-praktiki biliklərlə təmin etmək.

- Yerli və xarici neft və qeyri-neft servis şirkətlərində elektriklə əlaqəli iş müsahibələrindən asanlıqla və müvəffəqiyyətlə keçməyi təmin etmək.

Elektrik mühəndisliyi kursunu təqdim ədən rəsmi tərəfdaşlarımiz Azelko http://azelko.az/ və Legrand http://www.legrand.ru/ şirkətləridir.

Kurs müddətində tələbələr adı çəkilən sirkətlərə ekskursiya edib əsl iş mühitində biliklərini möhkəmləndirə biləcəklər.

Bundan əlavə tələbələr dərs otağında qurulmuş elektrik avadanlıqlar üzərində praktiki dərslər keçəcək və real təçrübə qazanacaqlar.

Elektrik mühəndisliyi kursunda 3 ən yüksək nəticə göstərən tələbəmiz rəsmi tərəfdaşımiz olan Azelko http://azelko.az/ şirkətində 1 aylıq iş təcrübəsi keçmək imkanı qazanacaq!

Kursda əhatə olunan mövzular:

1) ELEKTROTEXNİKANIN ƏSASLARI :

1. Elektrik dövrə parametrləri (U, I, C, L, R və s)

2. DC- Sabit Cərəyan

3. AC - Dəyişən Cərəyan

4. Elekrtik dövrə hesabatları (ardıcıl ,paralel, qarısıq və s)

5. R, L, C dəyişən cərəyan dövrələrinin izahı

2) ALÇAQ GƏRGİNLİKLİ ELEKTRİK SİSTEMLƏRİ VƏ AVADANLIQLARI :

1. Alçaq gərginlikli elektrik sistemində elektrik naqillərinin çəkilməsi ve rozetka elektrik açarların quraşdırılmasının izahı

2. Elektrik vavien sistemlərinin qurulmasının izahı

3. Elektrik dimmer sistemlərinin qurulmasının izahı

4. Elektrik alət və cihazlarının iş prinsiplərinin izahı

5. Elektrik açarları, kontaktorları, relelər, izolyatorlar və s

6. Sızma cərəyanından mühafizə açarlarının tətbiq olunması

7. Mənzillərin Elektrik lövhələrinin sxemə əsasən montaj edilməsi

8. Çox mərtəbəli yaşayış mənzillərində işıqlandırma panellərinin yığılmasının izahı

9. Ehtiyyatın avtomatik qoşulma sistemli (AVR) panellərin yığılmasının sxemə görə izahı

10. UPS (ByPASS sistemi) və Fövqəladə Güc sistemləri

11. Təkxətli elektrik sxemlərinin oxunması və s

12. Yüksək gərginlikli elektrik elektrik avadanlıqları

13. Transformatorlar

14. DC - SC Mühərrikləri

15. AC - DC Mühərrikləri

16. Generatorlar

17. Elektrik Enerjisinin istehsalı

18. Elektrik Enerjisinin ötürülməsi

19. Elektrik Enerjisinin paylanması

20. Elektrik veriliş xətləri (EVX) və kabellər (EKX)

21.Kabel texnikası(XLP,PVX)

22.Torpaqlanma sistemləri

23.CompEX (Qaz təhlükəsi olan ərazilərdə elektrik avadanlıqlarının quraşdırılması və inspeksiya qaydaları)

24.Hawke gland avadanlıqının quraşqırılma qaydaları

3) TƏHLÜKƏSİZLİK TEXNİKASI

1. Texniki Təhlükəsizlik qaydaları (TTQ)

2. Texniki İstismar qaydaları (TİQ)

3. Elektrik enerjisinin effektivliyi

4. Təhlükəsizlik plakatları və işarələri

Təlimə daxildir:

Kurs materialları

Ekskursiyalar

Praktiki və Nəzəri tədris

Quizlər / Aralıq və Son sınaqlar

* 1 aylıq iş təcrübəsi imkanı

Sertifikat

* Rəsmi tərəfdaşımiz olan Azelko http://azelko.az/ şirkətində 1 aylıq iş təcrübəsi keçmək imkanı Elektrik mühəndisliyi kursunda 3 ən yüksək nəticə göstərən tələbəmiz üçün yaradılacaq.

Başlama tarixı: 19 Sentyabr 2016

Müddət: 36 saat, 3 ay

Gün: Çərşənbə axşamı və Cümə axşamı

Vaxt: 19:30-21:30

Tədris dili: Azərbaycan dili - İngilis dili

Aylıq ödəniş: 120 AZN

Tələbələrə 10% endirim.

Təlimçilər: Abbaslı Cəfər və Rəhimov Şahvaris

http://barattson.com/en/lecturers/jafar-abbaslihttp://barattson.com/en/lecturers/shahvaris-rahimov

Kursda iştirak etmək üçün növbəti linkdə onlayn qeydiyyatdan keçməyiniz xahiş olunur:

http://sms.barattson.com/course/registration.aspx

Alternativ olaraq aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

training@barattson.com

070-205-44-95

www.barattson.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR