Sumqayıtda hava

Manşet, Elan

Sumqayıt Gənclər Evi könüllülük fəaliyyətinə qəbul elan edir

Sumqayıt Gənclər Evi könüllülük fəaliyyətinə qəbul elan edir

Əziz Sumqayıtlı Gənclər!

Sumqayıt Gənclər Evi könüllülük fəaliyyətinə qəbul elan edir.

Məqsəd şəhərin müxtəlif sahələrini təmsil edən gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şərait yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və bacarıqlarının üzə çıxarılmasıdır. Könüllülər həmçinin "Gənclər Evi”ndə keçirilən seminar, təlim, ingilis və rus dilləri danışıq klublarında, intelektual oyunlarda, tur gəzintilərində, əlamətdar günlərə həsr olunmuş bədii-əyləncəli bayram tədbirlərində iştirak edəcəklər.

Müsabiqə iki istiqamət üzrə nəzərdə tutulub:

1. Təşkilatı işlər

2. Müəllim köməkçisi

Müəllim köməkçisi istiqamətində könüllülər ixtisaslı müəllimlərin köməyilə təcrübə qazanmaq imkanı əldə edəcəklər.

Könüllülük xidməti təşkilatı işlər üzrə 3 ay, müəllim köməkçisi kimi 4 ay müddətinə nəzərdə tutulur. Könülllülük fəaliyyətinin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin ”Könüllülük Sertifikatı” təqdim ediləcək.

Müraciət etmək istəyən gənclər 7 Oktyabr 2016-cı il tarixinə kimi CV-lərini genclerevi.sumgait@mail.ru elektron ünvanına göndərə və ya Sumqayıt Gənclər Evinə təqdim edə bilərlər.

Əlaqə nömrələri: 018 655 47 32, 018 655 31 50, 055 887 42 52, 051 862 01 80

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR