Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtın mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə - FOTO

Sumqayıtın mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə - FOTO

Sumqayıtın mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə - FOTO

Sumqayıtın mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə - FOTO

Qurban bayramı münasibətilə Sumqayıtın mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə konsert proqramları ilə çıxış edib.

Şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən bildirilib ki, Şəhər Mədəniyət Evinin özfəaliyyət kollektivinin üzvləri - Zaur Yusifli, Sevda Akkaya, İlkin Əlizadə və digərlərinin çıxışı, hind mahnısı və rəqsləri əsgər və zabit heyəti tərəfindən maraqla qarşılanıb.

"28 May” diyarşünaslıq evi və Corat qəsəbə mədəniyyət evinin birgə keçirdiyi tədbirdə "Nərgiz” instrumental ansamblının və solo saksafon ifaçısı Çingiz Ələkbərovun ifasında instrumental musiqilər, müğənnilər - Təhmiraz Şirinov, Təranə Nurlu, Pərviz Gümüşlü, Sunay Sultan, Nazilə Bakılı, Murad Əliyevin ifasında xalq və bəstəkar mahnıları əsgərlərə yüksək bayram əhval-ruhiyyəsi bəxş edib.

Növbəti tədbir C.Cabbarlı adına mədəniyyət evi və 6 sayli folklor klubunun birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə özfəaliyyət kollektivinin üzvlərinin ifasında bəstəkar və xalq mahnıları, meyxanaçıların və "Turan” milli rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR