Sumqayıtda hava

Manşet, İqtisadiyyat

KİV nümayəndələri SOCAR-ın Sumqayıtdakı layihələrilə tanış olub - FOTO

KİV nümayəndələri SOCAR-ın Sumqayıtdakı layihələrilə tanış olub - FOTO

Dövlət Neft Şirkəti özünün ən böyük investisiya layihələrini məhz Azərbaycanda həyata keçirir.Neft və qaz hasilatı sahəsində Şahdəniz-2 kimi nəhəng layihələrlə yanaşı, SOCAR-ın həm də neft və qaz emalı sənayesində keçirdiyi böyük layihələr uğurla irəliləyir. Bu layihələrin məqsədi, Azərbaycanın ixrac potensialı və gəlirlərini artırmaqla yanaşı, yeni iş yerlərini yaratmaq, kimya sənayesinin rəmzi olan Sumqayıt şəhərinin və bütövlüklə ölkəmizin iqtisadi inkişafına yeni təkan verməkdir.

SOCAR-ın Sumqayıtda həyata keçirdiyi perspektivli layihələrin icrası ilə tanışlıq məqsədilə sentyabrın 14-də respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri "Azərikimya” İB-də olublar.

Şirkətdən verilən məlumata görə, mətbuat nümayəndələri yüksək peşəkarlığa və texniki biliyə malik kadrların hazırlanması və ixtisaslarını təkmilləşdirməsi məqsədilə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən 2012-ci ildə Sumqayıtda yaradılmış müasir tipli Təlim-Tədris Mərkəzində yeni dərs ilinin açılış mərasimində iştirak ediblər. Məktəbin müəllim və şagird kollektivi KİV nümayəndələri ilə birgə TTM-in və Etilen-polietilen zavodunun qarşısındakı meydançada torpaqlarımızın müdafiəsi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş kimyaçıların şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət edib, abidə önünə qərənfillər düzüblər.

Bundan sonra qonaqlar Etilen-polietilen zavodu ilə tanış olublar. KİV nümayəndələri zavodun Azot-oksigen kompleksi, Susoyutma qurğusu, Qonaqlara yeni layihələr, perspektiv planlar haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, İstehsalat Birliyinin 2015-2019-cu illər üçün əsas hədəfi mövcud istehsalatların modernizasiyası, yeni tikiləcək istehsalatların tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsi, eləcə də EP-300 istehsalatının effektivliyinin artırılmasıdır. KİV nümayəndələrinə həmçinin SOCAR və UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin - "SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında da məlumat verilib. Sazişə əsasən, birgə müəssisədə SOCAR 51 faizlik, UNİPER isə 49 faizlik paya sahib olacaqdır. Bundan başqa, yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanıb. Bildirilib ki, bu yaxınlarda təməlqoyma mərasimi keçirilən qurğunun inşası Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.

"SOCAR Polymer” MMC-də mətbuat nümayəndələrinə məlumat verilib ki, 2013-cü ildə bu müəssisəyə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Artıq Polipropilen qurğusunun tikintisi başa çatmaq üzrədir və qurğunun 2018-ci ilin 1-ci rübündə istismara verilməsi nəzərdə tutulur. Bu qurğuda ildə 180 min ton polipropilen məhsulu istehsal ediləcəkdir. Eyni zamanda yüksək sıxlıqlı polietilen - HDPE qurğusunun tikintisi üçün də mühəndis axtarış işləri aparılır. İstehsal gücü ildə 120 min ton olan bu qurğu da 2018-ci ildə istismara veriləcəkdir. Məhsulun 30 faizi daxili bazar, 70 faizi ixrac üçün nəzərdə tutulub. Başa çatdıqdan sonra SOCAR Polymer zavodunun ölkəmizin ixrac potensialını artırmaqla 10-11 milyard ABŞ dolları gəlir gətirməsi gözlənilir ki, bunun 30% xalis mənfəət kimi proqnozlaşdırılır. Bunlardan əlavə SOCAR Polymer tərəfindən dövlət büdcəsinə 1,5 milyard ABŞ dolları dəyərində vergilərin ödənilməsi gözlənilir.

KİV nümayəndələri Karbamid zavodunda da olub. Onlara məlumat verilib ki, zavodun tikintisi əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Layihə üzrə işlərin təxminən 80 faizi tamamlanıb, əsaslı layihələndirmə və satınalma işləri yekunlaşıb. Hazırda özül-fundament, infrastruktur layihələrin icrası, yeraltı boruların çəkilməsi və s. işlər davam etdirilir, svayların vurulması başa çatmaq üzrədir. Zavod kompleksi üçün hazırlanması uzun müddət tələb edən əsas avadanlıqlar mərhələli şəkildə inşaat ərazisinə gətirilir. Gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton dənəvər karbamid təşkil edəcək zavodun tikintisinin 2017-ci ilin sonuna qədər tamamlanması, 2018-ci ilin birinci rübündə istismara verilməsi üçün bütün səylərin səfərbər olduğu vurğulanıb.

Beləliklə SOCAR ölkəmizin emal sənayesi sahəsində istehsal və ixrac potensialını artırmaq, habelə Azərbaycanda yeni iş yerləri yaratmaq məqsədilə Sumqayıtda nəhəng və perspektivli layihələr həyata keçirməkdədir. Bu layihələr məhz Azərbaycan xalqı üçün yaxın illərdə yeni iş yerləri yaratmaqla, milyardlarla əlavə gəlir gətirəcək.

"Yenisumqayit.az"

KİV nümayəndələri SOCAR-ın Sumqayıtdakı layihələrilə tanış olub - FOTO

KİV nümayəndələri SOCAR-ın Sumqayıtdakı layihələrilə tanış olub - FOTO

KİV nümayəndələri SOCAR-ın Sumqayıtdakı layihələrilə tanış olub - FOTO

KİV nümayəndələri SOCAR-ın Sumqayıtdakı layihələrilə tanış olub - FOTO

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR