Sumqayıtda hava

Manşet, Dünya

Sumqayıtın incəsənət xadimləri Bursada BEYNƏLXALQ FESTİVALDA

Sumqayıtın incəsənət xadimləri Bursada BEYNƏLXALQ FESTİVALDA

Sumqayıtın incəsənət xadimləri Bursada BEYNƏLXALQ FESTİVALDA

Türkiyənin Bursa şəhərində Beynəlxalq Ərtuğrul Qazini Anma və İnegöl şənlikləri keçirilib. Ərtuğrul Qazi Dərnəkləri Federasiyasının üzvü İnegöl Ərtuğrul Qazi Kültür və Yaşatma Dərnəyi tərəfindən keçirilən 18-cı festival üç gün davam edib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətinin bilgisinə görə, tədbirdə ölkəmizi Sumqayıt şəhər "Dostluq” mədəniyyət evinin "Xəzri” xalq mahnı və rəqs kollektivi təmsil edib.

Kollektivin İnegöl Kültür parkında və Anfiteatrda geniş konsert proqramı ilə çıxışı böyük marağa səbəb olub, "Azərbaycan suitası”, "Sarı gəlin”, "Çobanlar” və digər milli rəqslərimiz turkiyəli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festivalın sonunda kollektiv Bursa şəhər Bələdiyyə başçısı tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR