Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda gənc könüllülər təltif olundu

Sumqayıtda gənc könüllülər təltif olundu

 

Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Sumqayıt Gənclər Evi”ndə bədii-əyləncəli tədbir keçirilib. Tədbirdə 4 avqust – 8 sentyabr tarixlərində yeni salınan Dənizkənarı Bulvarda "Sumqayıt Evimizdir, Evimizi Təmiz Saxlayaq” devizi altında təşkil olunmuş təmizlik aksiyasında və Gənclər Evinin may – avqust aylarında elan etdiyi könüllülük fəaliyyətində iştirak etmiş könüllülər, şəhərin idarə, müəssisə, qeyri-hökümət gənclər təşkilatlarını təmsil edən ictimai-fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışıb.
M.Bəşirov digər sahələr kimi bu sahənin də daim şəhər rəhbərliyinin diqqət mərkəzində saxladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bədii hissədə təmizlik aksiyalarında çəkilmiş fotolardan ibarət video çarx nümayiş olunub, Gənclər Evinin rəqs, gitara dərnəyi üzvlərinin və könüllülərin hazırladığı maraqlı musiqi nümunələri nümayiş olunub.
Sonda gənclərə Baş İdarənin könüllülük Sertifikatları və xatirə hədiyyələri təqdim olunub.
"Yenisumqayit.az"

Sumqayıtda gənc könüllülər təltif olundu

Sumqayıtda gənc könüllülər təltif olundu

Sumqayıtda gənc könüllülər təltif olundu

Sumqayıtda gənc könüllülər təltif olundu





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR