Sumqayıtda hava

Manşet, Cəmiyyət

Qafqaz Universiteti fəaliyyətini mütəşəkkil şəkildə davam etdirir - BİLİK GÜNÜ

Qafqaz Universiteti fəaliyyətini mütəşəkkil şəkildə davam etdirir - BİLİK GÜNÜ

"Bilik Günü" münasibətilə Qafqaz Universitetində ənənəvi tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı Abşeron rayonu İH-nin başçısı İradə Gülməmmədova, millət vəkili Aydın Mirzəzadə, Təhsil nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov da iştirak edib.

Rektor, professor Havar Məmmədov qonaqları salamlayıb, tələbə adını qazanan tələbələri təbrik edib, Qafqaz Universitetinin fəaliyyətini mütəşəkkil şəkildə davam etdirdiyini bildirib:

"Universitet texniki baza baxımından çok zəngindir və müasir laboratoriyalara malikdir. Hal-hazırda universitet tam elektronlaşıb. Maddi-texniki baza ilə yanaşı universitetimizin ən böyük zənginliyi onun professor və müəllim heyətinin keyfiyyətindədir. Bu gün universitetlərimizdə güclü maddi-texniki baza yaradılırsa, bu, respublika iqtisadiyyatının dinamik inkişafının daha bir əyani sübutudur və ölkədə aparılan uğurlu siyasətdən xəbər verir. Universitetin göstəriciləri çox yüksəkdir. Bu ilki qəbulu da uğurlu olub. Qafqaz Universitetinin iş dünyası ilə olan əlaqələri də təqdirəlayiqdir. Universitetin inkişafı və tələbələrin asudə vaxtının təşkili üçün əlimizdən gələni edəcəyik. Ümummilli liderimizin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan bəhrələnərək ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak edən mütəxəsislər hazırlayacağıq".

Abşeron rayon İH-nin başçısı İradə Gülməmmədova Ümummilli Liderimiz Heydər Əliyevin "Təhsil Millətin Gələcəyidir" şüarını əsas tutaraq Qafqaz Universitetinin Azərbaycan təhsilinə verdiyi töhfələrdən və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətindən danışıb.

Millət vəkili Aydın Mirzəzadə və Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov çıxışlarında qeyd ediblər ki, Qafqaz Universiteti yüksək təhsil verməklə, ölkəmizi beynəlxalq reytinqlərdə təmsil etməklə yanaşı dövlətimiz üçün layiqli vətəndaş yetişdirir. Tələbələri "Bilik Günü" münasibətilə təbrik edən natiqlər ölkəmizin ən yaxşı universitetlərindən birində təhsil aldıqlarını xatırladaraq yaxşı mütəxəssis olmaları üçün çox çalışmalarını tövsiyyə ediblər.

Çıxış edən iş adamları universitet - iş dünyası əlaqələrinin vacibliyindən danışıb. Bildirilib ki bu əməkdaşlıq Qafqaz Universiteti tərəfindən yüksək səviyyədə qurulub.Universitetlər hər dövrdə dövlətin və dövlətçiliyin iqtisadi və intellekt potensialının göstəricisi olub.

Qafqaz Universiteti də Azərbaycan Təhsil Sistemində xüsusi yeri olan universitetlərdən biridir. Hazırda Universitetdə 3 fakültədə 24 ixtisas üzrə qəbul aparılır.

1. Mühəndislik Fakültəsi - kompyuter mühəndisliyi, inşaat mühəndisliyi, informasiya texnologiyaları, mexanika mühəndisliyi, kimya mühəndisliyi ixtisasları;

2. İqtisadiyyat və idarəetmə Fakültəsi - Sənayenin təşkili və idarə olunması, Maliyyə, Mühasibat uçotu və audit, Dövlət və bələdiyyə idarəetməsi, Dünya iqtisadiyyatı, Biznesin idarə edilməsi, Beynəlxalq münasibətlər ixtisasları;

3. Pedoqoji Faültəsi - Riyaziyyat müəllimliyi, Fizika müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Psixologiya, Biologiya müəllimliyi, Kimya müəllimliyi ixtisasları;

Bu il TQDK imtahanlarında 600-700 arası bal toplayan 229 tələbə Qafqaz Universitetini seçib, 399 tələbə isə dövlət sifarişi ilə qəbul olunub. Pedoqoji ixtisasları isə 500 baldan yuxarı toplamış 116 tələbə seçib. Məzun olan tələbələrimiz istər ölkəmizdə, istərsə də xarici ölkələrin ən prestijli şirkətlərində, dövlət qurumlarında çalışmaqda və ya yüksək səviyyəli ali məktəblərdə təhsillərini davam etdirməkdədirlər. Əlavə olaraq qeyd edək ki, bu il TQDK-nın keçirdiyi imtahanlarda ən yüksək bal toplamış magistratura tələbələri də Qafqaz Universitetini seçiblər. Magistraturaya qəbul səviyyəsinə görə ali təhsil müəssisələri arasında 2-ci yerdə qərarlaşıb. Azərbaycanımızın nümunəvi ali təhsil ocaqlarından olan Qafqaz Universitetinə xarici ölkələrdən qəbul olunan tələbə sayı hər il artmaqdadır. Türkiyə, Rusiya, Fransa, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxstan, Qırğızıstan, İran kimi yaxın ölkələrlə yanaşı, Koreya, Ukrayna, Peru, İndoneziya, Miyammar, Yəmən, Çad, Mozambik, Küveyt kimi 30-dan çox ölkədən gələn tələbələrlə universitet rəngarənglik qazanıb. Qafqaz Universitetindən məzun olan tələbələr dünyanın 67 müxtəlif ölkəsində çalışmaqda və ya təhsillərini davam etdirməkdədirlər.

Bədii hissə ilə davam edən tədbirdə 650-baldan yuxarı toplayaraq Qafqaz Universitetini seçən 60 tələbəyə hədiyyələr təqdim edilib.

Universitetdə təhsil alan tələbə sayı və nəaliyyətlər aşağıdakı kimidir.

1. Tələbə sayı (bakalavr və magistr) - 4585

2. 700 bal toplayan tələbə sayı - 16 (hazırda 6 nəfər oxuyur)

3. Prezident təqaüdçüləri - 124 (hazırda 46 təhsil alır)

4. Gələcəyin müəllimi təqaüdçüləri - 595

Bu il qəbul olan tələbə sayı (bakalavr və magistr) – 952

1. Bakalavriat - 703

2. Magistratura - 249

Bu il 600 baldan yuxarı toplayaraq Qafqazı seçmiş tələbə sayı – 229

Bu il 650 baldan yuxarı toplayaraq Qafqazı seçmiş tələbə sayı – 60

Bu il 500 baldan yuxari toplayib pedoqoji ixtisaslari seçmiş tələbə sayı - 116

"Yenisumqayit.az"

 

Qafqaz Universiteti fəaliyyətini mütəşəkkil şəkildə davam etdirir - BİLİK GÜNÜ

Qafqaz Universiteti fəaliyyətini mütəşəkkil şəkildə davam etdirir - BİLİK GÜNÜ

Qafqaz Universiteti fəaliyyətini mütəşəkkil şəkildə davam etdirir - BİLİK GÜNÜ

Qafqaz Universiteti fəaliyyətini mütəşəkkil şəkildə davam etdirir - BİLİK GÜNÜ

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR