Sumqayıtda hava

Manşet, Cəmiyyət

Kimyaçılar ilk payız iməciliyini keçirdi - Sumqayıtda 300 ağac əkildi

Kimyaçılar ilk payız iməciliyini keçirdi - Sumqayıtda 300 ağac əkildi

Sentyabrın 17-də "Azərikimya" İB-nin struktur bölmələrində 2016-cı ilin ilk payız iməciliyi keçirilib.

Birlikdən "Yenisumqayit.az"a bildirilib ki, 20 sentyabr - neftçilərin peşə bayramına həsr olunmuş iməcilikdə 500 əməkdaş iştirak edib. Aramsız davam edən payız yağışının yaratdığı müəyyən çətinliklərə baxmayaraq, böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik zamanı Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərində, həmçinin Səməd Vurğun küçəsində təmizlik-abadlıq işləri aparılıb, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənilib, sahələr alaq otlarından təmizlənib.

Eyni zamanda Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonası üçün ayrılmış ərazisində 300 ədəd müxtəlif növ ağac əkilib.

Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllıqların artırılmasına xidmət edən iməciliklərin payız mövsümü boyu davam etdirilməsi nəzərdə tutulub.

"Yenisumqayit.az"

 

Kimyaçılar ilk payız iməciliyini keçirdi - Sumqayıtda 300 ağac əkildi

Kimyaçılar ilk payız iməciliyini keçirdi - Sumqayıtda 300 ağac əkildi

Kimyaçılar ilk payız iməciliyini keçirdi - Sumqayıtda 300 ağac əkildi

Kimyaçılar ilk payız iməciliyini keçirdi - Sumqayıtda 300 ağac əkildi

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR