Sumqayıtda hava

Maraqlı

Sumqayıtlı dilçi-metodistin yazısı: "-ki şəkilçisi və onun iştirakı"

-ki(4) şəkilçisi haqqında müxtəlif fikirlər mövcuddur. Bu fikirlər içərisində diqqəti çəkən əsas cəhətlərdən biri də -da2 yerlik hal şəkilçisi ilə -ki4 şəkilçisi birləşməsini birlikdə leksik şəkilçi kimi götürülməsidir, yəni -dakı2 formasında. Bu fikirlə razı deyilik, çünki yerlik halda olan başqa nitq hissələrinə də artırıla bilər. Bu haqda aşağıda məlumat veriləcəkdir. Ümumiyyətlə, aşağıda –ki4 şəkilçisini nitq hissələri üzrə quruplaşdıraq.

 

I. Zərfə artırılır. Hansı proses baş verir, bunu nəzərdən keçirək.

 

Sadə zərflərə artırılır: ”Zaman mənası bildirən isim və ya zərflərdən hadisə və əşyanın müəyyən vaxtla əlaqədə olaraq təyin edən sifətlər əmələ gətirir»1. Həmişəki kimi, ayıbıma kor olub susdum. (Vidadi Babanlı, "Həyat bizi sınayır”, səh. 189); – Dünənki kimi?! – deyib irişib-qrışdı. (səh. 197); Doğrusu, dünənki ağrılar canımdan tamam çıxmamışdı. (səh. 220); Mən həmişəki təkin onu görüb keyimişdim. (səh. 258); Bircə anda həmişəki güclü səs-küy sexi bürüdü, ağız deyəni qulaq eşitmədi. (səh. 273); Həmişəki ciddiyyətlə: – Biz səni bağışlayırıq, – dedi. (səh. 273).

 

Qeyd: -ki4 şəkilçisi yalnız zaman zərflərinə qoşularaq zaman mənalı sözlər yaratmır. Məs: Avqustun səkkizindəki növbətçiliyində döşəməni yumamısan. (səh.194); Ona keçən dəfəki qəzəbim ürəyimdə təzələndi. (səh. 245).

 

Qeyd etməliyik ki, -ki4 şəkilçisi heç də bütün sadə zaman zərflərinə artırılmır. Məs: tez, hələ, gec, (dərhal), bəzən, daim və s.

 

M.Hüseyzadənin fikrinə görə -ki4 şəkilçisi zərflərdən əşyanı müəyyən vaxtla əlaqədar olaraq təyin edən sifətlər düzəldir. Bu fikirlə tam razı deyilik, çünki -ki4

şəkilçisi sıra məzmunu da ifadə edir. Bu fikir eyni ilə başqa bir mənbədə də işlənməşdir. -ki4 şəkilçisi qoşulduğu sözlə birlikdə zaman, məkan mənalı sifətlər düzəldir2. (səh. 62). Əvvəl, axır, sonra, qabaq, sözlərinə (bu sözlər zərf kimi verilir) -ki4 şəkilçisini artırsaq həm zaman, həm də sıra məzmunu ifadə edən sözlər düzəltmək olar: Əvvəlki parta mənim xoşuma gəlir. Sıra və zaman məzmunu da vardır. Sıra məzmunu bildirdikdə əvvəlinci parta kimi nəzərə çarpır. ”Sıra sayları şəkilçiləri əvvəl, axır, son kimi sözlərə də əlavə olunaraq sıra məfhumları bildirir”3 (səh.172). Bu sözlərin şəkilçi qəbul etmədən zərf olduğu hamıya məlumdur. Bəs bu sözlərə -ki4 şəkilçisi artırsaq nitq hissəsi kimi yeniləşərmi? Burada müəyyən bir məqamda bir-birini əvəz edə bilən -ki4 şəkilçisi ilə -ıncı4 şəkilçisinini fərqli xüsusiyyətləri meydana çıxırsa da, -ıncı4 şəkilçisi kimi -ki4 şəkilçisi də burada əlaqələndirici vasitədir. ”Həmin sözlərin özlərinin semantikasında sıra bildirmək çaları var, şəkilçilər həmin çalarları qabarıqlaşdırır və qrammatik istiqamətini dəyişir”4. -inci4 şəkilçisi haqqında dediyilən bu fikir eyni ilə sıra məzmunu bildirəndə -ki4 şəkilçisinə də aiddir. Əvvəlki parta yaxşıdır. Bu cümlədə, əgər, əvvəlki sözü zaman mənasını bildirərsə, onda -ki şəkilçisi tam mənada leksik olur.

Qeyd: son sözü -ıncı4 şəkilçisi qəbul edir, -ki4 şəkilçisini isə qəbul etmir. Amma sonra sözü -ki4 şəkilçisini qəbul edir: sonrakı.

 

Qeyd: -ki4 şəkilçisi sıra mənası ifadə etdikdə -ıncı4 şəkilçisi ilə müəyyən dərəcədə əvəz oluna bilər, amma zaman mənası ifadə etdikdə dolğun şəkildə əvəz oluna bilməz. Məs: Əvvəlki hadisələr mənə pis təsir edir. Biz burada əvvəlki sözünü əvvəlinci sözü ilə əvəz etsək, tam mənada düzgün olmaz.

 

İsmin yerlik halında işlənən sadə yer zərfləri də -ki4 şəkilçisi qəbul edə bilər: Özümü buradakı böyük, bədənnümma güzgünün qabağına verdim və... deməyə söz tapmıram... (səh. 283); Ətrafdakı tük ürpədici səsü-küyə baxmayaraq, iş elə maraqlı, elə canlı idi ki, istər-istəməz adamda həvəs oyadırdı; Özünü də yordu, içəridəkiləri də. (səh. 249)

 

Düzəltmə zərflərə də artırılır. -da (-də) şəkilçisi ilə əvəzliklərdən düzələn bəzi düzəltmə zərflərə də artırıla bilər: Ondakı hadisələr indi açılıbdır. -da2 zərf düzəldən şəkilçi ilə yerlik hal eynilik təşkil etsə də, birində zaman mənası, birində isə məkan mənasını bildirilir. Yuxarıdakı misalda məkan yox, zaman mənasını bildirir. Ondakı kitab yaxşıdır. Bu cümlədə ondakı sözünə mənadan aslı olaraq məkan çalarlığı da, zaman çalarlığı da vermək olar. Məkan çalarlığı versək, bu vaxt zaman anlayışından uzaqlaşar.

 

-dan2 şəkilçisi ilə düzələn çoxdan zərfinə də -ki4 şəkilçisi artırıla bilər.

 

Mürəkkəb (tərkibi) zərflərə də artırılır. O, bu işarə əvəzlikləri və zaman mənalı isimlərin birgə işlənməsi ilə yaranan zaman zərflərinə artırıla bilər. Məs: O vaxtkı hadisələr; Hesabını elə bugünkü bişmişindən götür. (səh.196). Yerlik halda işlənən mürəkkəb zərflərə də artırılır: yan-yörəsindəki. "-ki4 şəkilçisi yiyəlik hala qoşulanda leksik-qrammatik şəkilçi olur”.5 (səh. 62). Ümumiyyətlə, bundan əlavə -ki4 şəkilçisi bir növü qrammatik şəkilçi rolunda da çıxış edə bilər. Məs: sıra məzmunu bildirərkən əvvəlki, axırkı və s.

 

II. İsmə artırılır. Sifət düzəltməyə xidmət edən başqa şəkilçilərdən fərqli olaraq -ki4 şəkilçisi ismin yiyəlik və yerlik hal şəkilçilərindən sonra işlənir”6 Biz də bu fikirlə razıyıq. Sadə, düzəltmə, mürəkkəb isimlər hallandıqdan sonra (yiyəlik, yönlük) -ki4 şəkilçisi qəbul edir.

 

1) İsmin yerlik halında işlənən sözlərin sonuna əlavə etməklə əşya və hadisənin yerini ifadə edən sifətlər əmələ gəlir ki, bunlar müəyyən əşya və hadisənin yerini göstərməklə yanaşı, onları başqalarından seçib təyin edir.

Məs: Fərəcin sifətindəki mülayim cizgilər ciddiləşdi. (səh. 162); Qulaqlarına gedib çatmasın, bizim kənddəki qohumlarımızın hamısının iddiası böyükdür. (səh. 169);

Beş yaşlı bu uşaqdakı ağıla, fərasətə mat qalardım. (səh. 171); –oy, kifeliçka, mamıçka!.. –deyib dodaqlarını büzdü, canındakı ağrıdan quzu tək fağırlaşmış Kifayəti öpüb duz kimi yaladı. (səh.172); Başı sarğılı meyitidə, sexlərdəki qorxunc mənzərələri də yavaş-yavaş unutdum. (səh. 182); –Qanrılıb döşəmədəki izlərə birdə nəzər saldı. (V.Babanlı, "həyat bizi sınayır”, səh. 203)

 

2) İsmin yiyəlik halına da artırıla bilər; Səliminki, evinki və s.

 

III. Əvəzliyə artırılır. İlk növbədə qeyd etməliyik ki, əvəzliklər, əsasən, iki halda -ki4 şəkilçisin qəbul edir.

 

1) İsmin yerlik halında olan əvəzliklərə artırılır. Bu zaman əşyanın yerini bildirir. Məs: məndəki, səndəki və s.

 

2) İsmin yiyəlik halında olan əvəzliklərə artırılır. Məs: –Bilirəm təksir mənimkidir. (səh. 161); Sonra sənədlərimi özümə qaytarıb Fərəcə sarı döndü. –Səninkini görüm. (səh. 168); İncimə, belə getsə səninlə bizimki tutmayacaq; İndi bizimki görəsən neyləyir? (H.Mirələmov, "Qartal”, səh. 32,194); Onu oyadıb əl-üzünü yudurunca bizimki bizə dəyirdi. (V.Babanlı, ”Həyat bizi sınayır”, səh. 231); Sizinkinə mənim sözüm yoxdur.(H.Mirələmov, "Qayada çiçək”,səh. 73)

 

Qeyd edək ki, qayıdış əvəzliyi də yiyəlik hal şəkilçisi qəbul etdikdən sonra -ki4 şəkilçisi ilə işlənə bilər: Bu da adam, bu da sənin özününkü?! (V.Babanlı, "Həyat bizi sınayır”, səh. 183).

 

 

Yiyəlik şəxs əvəzliyi. ”Şəxs əvəzliklərinin bu növü yiyəlik hal şəkilçilərini qəbul etmiş müəyyən şəxs əvəzliklərinə -ki4 şəkilçisini artırmaqla yaranır”1. Bu fikir Buludxan Xəlilovun Müasir Azərbaycan dili (2-ci hissə, səh. 144, 2007)

kitabında da öz əksini tapmışdır. Amma bunuda qeyd edək ki, Fərhad Zeynalov yiyəlik şəxs əvəzliyi fikri ilə razı deyil. (Türk dillərinin müqayisəli qrammatikası,1-ci hissə, 2008). M.Hüseyinzadə qeyd edib ki, yiyəlik şəxs əvəzlikləri hal şəkilçisi qəbul edə bildiyi üçün özlərindən sonra konkret əşya tələb etməz. Bu fikrin nə dərəcədə düzgün olduğuna aşağıda baxaq. Hal şəkilçisi qəbul etməklə konkret əşya tələb etməmək arasında heç bir əlaqə yoxdur, yəni konkret əşya tələb etməməyin səbəbi hal şəkilçisi deyil. Əgər, hal şəkilçisi hansısa konkret əşyanı tələb etməmək baxımından güclü təzyiqə malikdirsə, onda gərək məndəki sözü də hal şəkilçisi qəbul edə bildiyinə görə özündən sonra konkret əşya tələb etməsin. Axı qəbul edir: imtahan götürənlərdən biri astanaya gəlib əlindəki siyahıya baxdı. (səh. 249); O, əridilərkən havadakı oksigenlə birləşib dəmir oksidi əmələ kətirir. (səh. 251). Konkret əşya tələb etməyə də bilər: Özünü də yordu, içəridəkiləri də. (səh. 249); –bəh, bəh!.. Afərin belə kəlama!.. ”Bizi gömdü yerə minbərdəkilər. (səh. 254) (V.Babanlı, ”Həyat bizi sınayır”).

 

Göründüyü kimi konkret əşya tələb etməmək hal şəkilçisi ilə bağlı deyil. Bunun hansı xüsusiyyətlə bağlı olduğuna diqqəy yetirək.

1) Mənim dəftərim çox yaxşıdır.

2) Məndə olan dəftər çox yaxşıdır.

3) Mənimki çox yaxşıdır.

4) Məndəki çox yaxşıdır.

 

Üçüncü cümlədə -ki4 şəkilçisi təyini söz birləşməsinin ikinci tərəfini (dəftərim) əvəz etdiyi üçün təkrar həmin sözə ehtiyac duyulmur. Dördüncü cümlədə isə -ki4 şəkilçisi dəftər sözü ilə yanaşı bir növ (sözlə birlikdə) təyin kimi çıxış edə bilən olan sözünü də əvəz etdiyi üçün dəftər sözü bərpa oluna və ya olunmaya da bilər.

 

Çıxışlıq halla işlənən əvvəl, sonra, qabaq qoşmaları da -ki4 şəkilçisi qəbul edə bilər: 1951-ci ildən qabaqkı hadisə məni çox maraqlandırır.

 

Qeyd: köhnə sifətinə də -ki4 şəkilçisi artırmaq olar. Məs: həmin köhnəki yerində, dərin oturacaqlı skamyada yenə təkcə əyləşmişdir. (V.Babanli, ”Həyat bizi sınayır”, səh. 278).

 

Qeyd: 3-cü növ təyini söz birləşməsinin ikinci tərəfi kimi çıxış edən saylara da -da2 şəkilçisi və -ki4 şəkilçisi əlavə oluna bilər: Avqustun səkkizindəki növbətçiliyində döşəməni yumamısan. (V.Babanlı, ”Həyat bizi sınayır”, səh. 194).

 

Qeyd: -ki4 şəkilçisi ilə feildən isim düzəldən -qı4 şəkilçisinin (-qı,-ki,-qu,-kü) -ki, -kü forması eynilik təşkil edir. Amma yuxarda qeyd etdiyimiz kimi bunlar feildən isim düzəldir. Məs: səp – səpki, bit – bitki, seç– seçki.

 

Beləliklə, -ki4 şəkilçisi zərf, isim, əvəzlik, müəyyən məqamda sifət və saya da artırılır.

 

-ki4 şəkilçisinin Vidadi Banlının "Həyat bizi sınayır” əsərində tutduğu mövqe; -ki4 şəkilçisi bu əsərdə 60 yerdə işlənib. 46-sı yerlik halda işlənən sözlərə, 5-i yiyəlik halda işlənən sözlərə, 9-u müxtəlif sözlərə artırılıb.

 

Yerlik halda işlənən sözlərə artırılıb: 1) tərəfindəki (səh. 159), 2) sifətindəki (səh. 162), 3) kənddəki (səh. 169), 4) yaxınlıqdakı (səh. 170), 5) uşaqdakı (səh. 171), 6) canındakı (səh. 172), 7) çöldəki (səh. 178), 8) sexlərdəki, 9) avqustun səkkizindəki, 10) küncdəki (səh. 197), 11) döşəmədəki (səh. 203), 12) üstündəki (səh. 207), 13) şəkildəki (səh. 207), 14) qarşısındakı (səh. 208), 15) bədənimdəki (səh. 211), 16) xasiyyətindəki (səh. 212), 17) həyətindəki (səh. 213), 19) tavanlardakı (səh. 218), 20) səhifəsindəki (səh. 227), 21) sualındakı (səh. 230), 22) qonşuluğundakı (səh. 235), 23) üstündəki (səh. 237), 24) döşəmədəki (səh. 245), 25) qarşıdakı (səh. 246), 26) əlindəki (səh. 249), 27) içəridəkiləri (səh. 249), 28) qarşısındakı (səh. 249), 29) havadakı (səh. 251), 30) minbərdəki (səh. 254), 31) yanımızdakı (səh. 262), 32) arasındakı (səh. 262), 33) şagirdlikdəkindən (səh. 263),

34) bayırdakı (səh. 264), 35) qarşısındakı (səh. 265), 36) salondakıların (səh. 268), 37) qarşısındakı (səh. 257), 38) ətrafdakı (səh. 272), 39) ətrafımdakı (səh. 272), 40) böyürdəki (səh. 272), 41) günlüyündəki (səh. 273), 42) böyründəki (səh. 273), 43) üstündəki (səh. 282), 44) buradakı (səh. 283), 45) qarşısındakı (səh. 285), 46) dodaqlarındakı (səh. 287).

 

Yiyəlik halda işlənən sözlərə artırılıb: 1) mənimkidir (səh. 165), 2) səninkini (səh. 168), 3) özününkü (səh. 183), 4) bizimki (səh. 194), 5) bizimki (səh. 231).

 

Müxtəlif sözlərə artırılıb: 1) həmişəki (səh. 189), 2) bugünkü (səh. 196), 3) dünənki (səh. 197), 4) dünənki (səh. 220), 5) keçən dəfəki (səh. 245), 6) həmişəki (səh. 258), 7) həmişəki (səh. 273), 8) həmişəki (səh. 281), 9) köhnəki (səh. 278), 10) avqstun səkkizindəki (səh 194).

 

Dilçi-metodist Sərvər Şirinov

server.shirinov@mail.ru

 





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Follow just your own way Follow just your own way
-----

hfe tour dates 2017
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR