Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda cüdo birinciliyi yekunlaşdı

Sumqayıtda cüdo birinciliyi yekunlaşdı

17-18 sentyabr 2016-cı il tarixlərində M.Hüseynzadə adına şəhər stadionunda 23 yaşa qədər oğlan və qızlar arasında keçirilən şəhər birinciliyinə yekun vuruldu.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Əliyev Rövşən (60 kq), Məhəmməd Hacıyev (66 kq), Cahid Heydərzadə (73 kq), Şahin Ağaverdiyev (81 kq), Adil Kərimli (90 kq), Sənan Əhmədov (100 kq), və Vüsal Həsənov (+100 kq) oğlanlar arasında, Göyçək Əsədova (48 kq), Sevinc Əliyeva (52 kq), Xədicə Rəşidova (63 kq) və Mehriban İmanzadə (78 kq) isə qızlar arasında bütün rəqiblərinə qalib gələrək şəhər çempionu adına layiq görülüblər.

Yarışın qalib və mükafatçıları Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR