Sumqayıtda hava

Manşet, Cəmiyyət

Şagird və tələbələr "Sumqayıt Bizim Evimizdir" aksiyasında - FOTO

Şagird və tələbələr "Sumqayıt Bizim Evimizdir" aksiyasında - FOTO

Şagird və tələbələr "Sumqayıt Bizim Evimizdir" aksiyasında - FOTO

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə avqustun 6-dan başlayaraq müxtəlif sahələri təmsil edən fəal könüllülərin iştirakı ilə şəhərin Heydər Parkında, Xəzər dənizi sahilində yaradılan Bulvarda, Nəsimi adına Mədəniyyət və İstirahət parkında, "Sumqayıt Bizim Evimizdir” devizi altında ekoloji maarifləndirmə və təbliğat aksiyası davam edir.

22 sentyabr tarixindən etibarən təmizlik aksiyasına şəhərin ali, orta ixtissas məktəblərinin tələbələri də cəlb olunub.

Sumqayıt Dövlət Universitetinin, Təhsil Şöbəsi nəznində Gənc Müəllimlər Şurasının, Sumqayıt Dövlət Texniki Kollecinin, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin müəllim və tələbə-gəncləri aksiyada bir neçə qrupla iştirak edərək maarifləndirmə işinə dəstək olublar.

Aksiyanın əsas məqsədi şəhər sakinlərinin geniş şəkildə gəzintiyə çıxdığı bulvarda yaradılan şəraitdən səmərəli istifadə etmək, təmizliyi və yeni salınan yaşıllıq ərazini, eyni zamanda müxtəlif personajları özündə əks etdirən fiqurları qorumaq və bu kimi digər işləri təbliğ etməkdir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR