Sumqayıtda hava

Manşet, Elan

Sumqayıt Gənclərarası Paintball Çempionatı - SƏN DƏ QOŞUL

Sumqayıt Gənclərarası Paintball Çempionatı - SƏN DƏ QOŞUL

Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərinin gəncləri arasında Peyntbol idman növü üzrə Çempionat keçiriləcək.

Çempionatda Sumqayıt şəhərində fəaliyyət göstərən hökümət və qeyri-hökümət təşkilatlarını təmsil edən komandalar iştirak edə bilərlər. Turnirdə iştirak üçün yaş həddi 18-29 yaşdır. Turnir 8 komandanı əhatə edəcək.

Çempionatın keçirilməsində məqsəd Sumqayıt gəncləri arasında vətənpərvərlik ruhunun və döyüş hazırlığının yüksəldilməsi, onların fiziki hazırlığını yüksəltmək, paintball idman növünə olan marağın artırılması və gənclərin asudə vaxtlarını səmərəli təşkilidir.

İlk turda qalib olmuş komandalar növbəti tura vəsiqə qazanacaqlar. 1/4, yarımfinal mərhələləri təşkil ediləcək və daha sonra komandalar 1,2,3 yerlər uğrunda mübarizə aparacaqlar. Çempionatın qalibləri və finalçıları kubok, medal və sertifikatla təltif ediləcəklər.

Sumqayıt şəhərinin gənclərini yarışa cəlb etmək üçün Sumqayıtda fəaliyyət göstərən gənclər qurumları, gənclər təşkilatları və təhsil müəssisələrində çempionat haqqında elan veriləcək.

Komandaların qeydiyyat prosesi 20-30 sentyabr 2016-cı tarixlərində təşkil ediləcək, 1 oktyabr 2016-cı il tarixində isə püşkatma mərhələsi olacaq.

Təhlükəsizlik qaydaları imza üçün >> https://goo.gl/n8mdf9

Komanda müraciət forması >> https://goo.gl/UJTYwE

Müraciət formaları 30 Sentyabr 2016 tarixinə kimi "Sağlam Düşüncə” Gənclər Təşkilatının ofisinə və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə təqdim edilə bilər.

Əlaqə: 051 388 89 42, faridsalahov885@gmail.com

Layihə rəhbəri: Fərid Salahov





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR