Sumqayıtda hava

Manşet, Cəmiyyət

İlham Əliyev Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışını etdi - FOTO

İlham Əliyev Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışını etdi - FOTO

İlham Əliyev Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışını etdi - FOTO

İlham Əliyev Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışını etdi - FOTO

İlham Əliyev Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışını etdi - FOTO

Bu gün Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Tikintisinə ötən ilin noyabrında başlanılan mərkəzdə tikinti-quraşdırma işləri daxili imkanlar hesabına aparılıb. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 4100 kvadratmetrdir. Burada 2 konfrans zalı, nigah otağı, gənclər üçün müzakirə zalları, elektron kitabxana yaradılıb. Mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı fəaliyyət göstərir. Burada 25-30 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonra Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, "SOCAR Polimer” MMC-nin direktoru Fərid Cəfərov, "SOCAR Karbamid” zavodunun direktoru Xəyal Cəfərov, Sumqayıt Texnologiyalar Parkının istehsalat üzrə icraçı direktoru Sahib Musayev, Sumqayıt "Gilan Tekstil Park” MMC-nin direktor müavini Nadir Məhərrəmov və Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar Artist Namis Şirməmmədov çıxış ediblər.

Prezident İlham Əliyev tədbirə yekun vurub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR