Sumqayıtda hava

Redaktorun Seçimi, Xidmət

Məzunlarının 99%-i ali məktəblərə qəbul olan lisey - SUMQAYITDA

Məzunlarının 99%-i ali məktəblərə qəbul olan lisey - SUMQAYITDA


Azərbaycanın milli təhsil brendi olan "İstək” liseyinin məzunları bu il də yerli və xarici ali məktəblərə qəbulda yüksək nəticə göstərib. 2015-2016-cı tədris ilinin yekunlarına əsasən liseyin 284 məzununun 99%-i tələbə adını qazanıb. Liseyin beynəlxalq məktəb statusuna malik olan kampusunda isə ali məktəblərə qəbulda 100%-lik nəticə göstərib. "IB World School” və "Cambridge International School” statusuna malik olan liseyin məzunlarının 68%-i dünya şöhrətli xarici universitetlərə daxil olub.

Direktor Anar Məmmədov şagirdlərin ali məktəblərə xüsusi metodologiya əsasında hazırlaşdırıldığını bildirib:

"Liseyimizdə şagirdlərin ali məktəblərə hazırlığı xüsusi metodologiya əsasında həyata keçirilir. Azərbaycanda və xaricdə təhsil almış peşəkar müəllim heyətimiz şagirdlərə fərdi yanaşır və onların öz bacarığından maksimum istifadə etməsinə dəstək olur. Tədris prosesinin praktiki məşğələlərə əsaslanması şagirdlərin fənləri dərindən mənimsəməsinə şərait yaradır. Bu da şagirdlərin ali məktəbə qəbul imtahanlarında yüksək nəticələr əldə etməsinə imkan verir”.

Qeyd edək ki, "İstək” liseyi Bakı (Əhmədli, Xalqlar Dostluğu, Nərimanov, Gənclik), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərir. Liseydə tədris Azərbaycan, rus və ingilis bölmələri üzrə aparılır. Lisey rəsmi olaraq "IB World School” və SAT imtahanı mərkəzidir, həmçinin rəsmi olaraq "Cambridge International School” və "Cambridge English Language Assessment Authorised Centre” statusuna malikdir. Lisey tədris prosesində Advanced Placement proqramını tətbiq edir, şagirdlərinin YÖS, IELTS və TOEFL üzrə hazırlığını təşkil edir.

Sumqayıt "İstək” liseyinin ünvanı: 14-cü məhəllə, 20 Yanvar küç. 6

Tel: 018 655 41 64, 055 455 92 06

"Yenisumqayit.az"





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR