Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtın gənc neft mühəndisləri - FOTO

Sumqayıtın gənc neft mühəndisləri - FOTO

Sumqayıtın gənc neft mühəndisləri - FOTO

Sumqayıtın gənc neft mühəndisləri - FOTO

"Tələbələrimizi tanıyaq və tanıdaq" rubrikasından

Rəhimov Seymur Hüseyn oğlu

1998-ci ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. 2011-ci ildən etibarən təhsilini Sumqayıt şəhər 24 saylı tam orta məktəbdə davam etdirib. 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "İstedadların Hazırlığı Laboratoriyası" adlı olimpiadanın respublika turunda 3-cü, 2014-cü ildə isə 2-ci yerə layiq görülüb. 2015-ci ilin ali məktəblərə qəbul imtahanında 678 bal toplayaraq Bakı Ali Neft Məktəbində "Neft-Qaz Mühəndisliyi” ixtisasına daxil olub. SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində keçirilən təlimlərdə və "Üzgüçülüyün əsasları” adlı kursda iştirak edib və sertifikatla təltif olunub.

Bundan əlavə, "Peşə etikası” və "Liderlik” adlı təlimlərdə də iştirak edib və uğurla başa vurub.

Soltanov Natiq Ramiz oğlu

1998-ci ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2008-ci ildə imtahanla Təbiət Elmləri Təmayüllü Gimnaziyaya qəbul olunub. Məktəbdə oxuduğu müddətdə fizika və kimya fənləri üzrə olimpiadalarda iştirak edib. 2014-cü ildə Riyaziyyat fənni üzrə olimpiadada Sumqayıt şəhəri üzrə 1-ci olub.

2012-ci ildə keçirilən "Bilik Yarışı”nda 2-ci yerə layiq görülüb. 2015-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vuraraq TQDK-nın qəbul imtahanında 670 bal toplayıb və Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" ixtisasına daxil olub. Ali Məktəbə yüksək balla daxil olduğuna görə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həvəsləndirici mükafat (noutbuk) ilə təltif olunub. 2016-cı ilin yanvar ayında SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin "Dənizdə İnsan Həyatının Mühafizəsi" üzrə Təlim Mərkəzində təcrübə kursu keçərək sertifikatla təltif olunub.

Həmin ildə Bakı Ali Neft Məktəbində təşkil olunan "Liderlik" maarifləndirmə kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikata layiq görülüb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR