Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Yaponiyanın Azərbaycandakı səfiri “Azərikimya”-da

Yaponiyanın Azərbaycandakı səfiri “Azərikimya”-da

Yaponiyanın Azərbaycandakı səfiri “Azərikimya”-da

Yaponiyanın Azərbaycandakı səfiri “Azərikimya”-da

Sentyabrın 28-də "Azərikimya” İB-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüş keçirilib.

Qonağı səmimi salamlayan, Yaponiyanın Azərbaycan üçün iqtisadi tərəfdaş və dost ölkə olduğunu, iki olkə arasında uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu, Yaponiya şirkətlərinin SOCAR tərəfindən həyata keçirilən bir sıra beynəlxalq miqyaslı layihələrdə uğurla iştirak etdiyini vurğulayan Birliyin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, "Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında ətraflı məlumat verib.

İki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətində son vaxtlar atılan mühüm addımlardan danışılan görüşdə o da məmnunluq hissi ilə xatırlanıb ki, Ulu öndər Heydər Əliyev hələ 1998-ci ildə Yaponiyaya səfəri zamanı dövlət zəmanəti ilə dəyəri 95 milyon dollar olan Buxar-generator kompleksinin alınmasına nail olub ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafında dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yadda qalmaqdadır. H.Əliyev yaponiyalı mütəxəssislərlə 1999-cü ildə yeni kompleksin təməlqoyma mərasimində, 2001-ci ildə isə açılış mərasimində iştirak edib. Vaxtında inşa edilmiş Buxar-generator kompleksi kimya sənayesini həm tənəzzüldən xilas edib, həm də bu sahənin inkişafı üçün yeni bir mərhələnin başlanmasına mühüm bir vasitə olub.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb, Yaponiya hökumətinin Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz və kimya sektoruna xüsusi önəm verdiyini qeyd etmiş, bu əməkdaşlıqların Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirib.

Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu və SOCAR-Polymer MMC haqqında da söhbət aparılan görüşdə Kimya Sənaye Parkında müxtəlif sənaye məhsullarının istehsal olunacağı onlarla kiçik və özəl kimya müəssisələrinin yaradılmasında Yaponiyanın şirkət və firmalarının, ayrı-ayrı iş adamlarının öz investiysiyaları, mütərəqqi texnologiyaları, müasir avadanlıqları ilə iştirakının arzuedilən olduğu diqqətə çatdırılıb.

"Azərikimya” İstehsalat Birliyində yaradılmış Heydər Əliyev güşəsini ziyarət edən qonağa Ulu öndərin memarı olduğu yeni neft strategiyasının bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat verib, səfiri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR