Sumqayıtda hava

Cəmiyyət

Bərdəli Prezident təqaüdçüsü Qafqaz Universitetini seçdi

Bərdəli Prezident təqaüdçüsü Qafqaz Universitetini seçdi

Bərdəli Prezident təqaüdçüsü Qafqaz Universitetini seçdi

Ölkəmizdə bütün sahələr kimi təhsil sahəsi də günü-gündən inkişaf edir. Hər il yüksək bal toplayanların sayı artır. Bunlar içərisində rayon və kənd məktəblərini bitirən abituriyentlərin olması sevindiricidir.

Bu il Qafqaz Universitetinə qəbul olan tələbələrin 229 nəfəri 600-dən yuxarı bal toplayıb. Universitetdən "Yenisumqayit.az"a bildirilib ki, 500 baldan yuxarı toplayaraq müəllimlik ixtisasını seçənlərin sayı isə 116 nəfərdir. 9 nəfər tələbə isə Prezident təqaüdünə layiq görülüb. Bunlardan biri sizə təqdim edəcəyimiz Rahib İsmayılovdur.

İsmayılov Rahib Sənan oğlu 1999-cu ildə Bərdə rayonu Otuzikilər kəndində anadan olub. 2016-ci ildə Telman Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbini bitirib. Sınaqlarda ən çox 630 bal toplayan Rahib TQDK imtahanında 691 bal toplayaraq Qafqaz Universitetinin maliyyə ixtisasına qəbul olub. Qafqaz Universitetini seçməyinə səbəb keyfiyyətli və ingilis dilində təhsilin olduğunu bildirən Rahib planlarından və abituriyentlərə tövsiyyələrindən də danışıb:

"Ailəmizdə iqtisadçı olmayıb. Uşaqlıqdan maliyyə sahəsinə marağım olub. Ona görədə ikinci qrup üzrə hazırlaşdım. Universitetə yeni başlasam da təhsil məni qane edir. Planım odur ki, bakalavr pilləsini yaxşı nəticə ilə bitirim və magistr təhsili alım. Gələcəkdə savadlı maliyyəçi kimi işləmək istəyirəm. Abituriyentlərə tövsiyyə edirəm ki, qarşılarına məqsəd qoysunlar və oxumaqdan bezməsinlər. Çəkdikləri əziyyətin qarşılığını alanda o əziyyət yaddan çıxır və onun yerini sevinc tutur. Prezident təqaüdünə layiq görülməyi çox istəyirdim. Hədəfim idi və nəsib oldu. Möhtərəm Prezidentimizə tələbələr üçün belə bir təqaüd təsis etdiyi üçün təşəkkür edirəm. Bu təqaüd maddi köməklə yanaşı dövlətimə olan sevgimi və etibarımı artırır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR