Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Kitab Klubu” yaradılıb

Sumqayıtda “Kitab Klubu” yaradılıb

Sumqayıtda “Kitab Klubu” yaradılıb

Sumqayıt Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan "Dostluğumuz Kitabdan Başlasın” layihəsi çərçivəsində disput-sərgi keçirilib.

İdarədən "Yenisumqayit.az"a bildirilib ki, tədbirdə tələbələr, könüllü gənclər və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.

İctimai-fəal gənc Taleh Əliyev çıxış edərək əsas məqsədin gənclərdə kitab oxuma vərdişini inkişaf etdirmək, onların gündəlik həyat vərdişlərinə kitab mütaliəsi əlavə etmək, nizamlı kitab oxuma vərdişini artırmaq və mədəni dəyərlərin təbliğində gənclərin rolunu artımaq olduğunu qeyd edib. Tədbirdə kiçik kitab sərgisi təşkil olunub ki, gənclər oxuyub bitirdikləri kitabları sərgiyə təqdim etməklə kitab mübadiləsi edə, yeni mütaliə obyekti qazana bilərlər. Layihənin davamlılığının təmin edilməsi üçün Gənclər Evində "Kitab Klubu” yaradılıb və gənclər kluba üzv olaraq asudə vaxtlarını kitab oxumaqla səmərəli keçirə bilərlər.

Sonra maarifləndirici videoçarx nümayiş olunub, kitab oxumağa marağın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR