Sumqayıtda hava

Cəmiyyət

Nobel mükafatı laureatı Arye Varşel SDU-da olub

Nobel mükafatı laureatı Arye Varşel SDU-da olub

Nobel mükafatı laureatı Arye Varşel SDU-da olub

Nobel mükafatı laureatı Arye Varşel SDU-da olub

Sentyabrın 28-də İsrailli və amerikalı biokimyaçı və biofizik professoru, Nobel mükafatı laureatı Arye Varşel və xanımı Tami Varşel Sumqayıt Dövlət Universitetində qonaq olublar.

Görüşdə universitetin beynəlxalq layihələrdə qazanılan uğurlardan, xarici universitetlərlə qarşılıqlı əməkdaşlıqdan bəhs edilib. Bildirilib ki, elmi əlaqələr günü-gündən genişlənir, hazırda bir çox ali məktəblərdə müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atılır.

Rektor Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin 3 ixtisasının Avropa akkreditasiya agentliyinin sertifikatına layiq görülməsi barədə məlumat verib, "Mevlana Mübadilə Proqramı”na qoşulduğunu, TEMPUS layihələrində uğurla iştirakını qonaqların diqqətinə çatdırıb.

Sonra Arye Varşel professor-müəllim və tələbə heyəti ilə görüşüb. Rektor E.Hüseynov alimin həyatı, təhsili, elmi yaradıcılığı və əmək fəaliyyəti barədə iştirakçılara ətraflı bilgi verib.

Professor Arye Varşel çıxış edərək aldığı mükafatla bağlı məlumat verib. O bildirib ki, kimyəvi və bioloji sistemlərin molekulyar modelləşdirilməsinin müasir metodlarının əsasını yaratdığı üçün bu mükafata layiq görülüb. Professor həmçinin, Azərbaycana üçüncü dəfə gəlişindən və ölkəmizin sürətli inkişafından bəhs edib. O, V Bakı Beynəlxalq Humanitar Forumda iştirak edəcəyini və hər gəlişində Azərbaycan elminin yüksək nailiyyətlərinin şahidi olduğunu diqqətə çatdırıb. Onu da vurğulayıb ki, "Ölkənin gələcəyini təmin edən siz gənclər qarşınıza məqsəd qoyaraq mənim kimi ali mükafata layiq görüləsiniz”.

Qonağın səmimi çıxışı tələbələrdə xoş təəssürat yaradıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR