Sumqayıtda hava

Cəmiyyət

FHN Sumqayıtda müşavirə keçirib

FHN Sumqayıtda müşavirə keçirib


Yanvarın 14-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə Sumqayıt Regional Mərkəzində “İstehsalat müəssisələrində yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir.

"Yeni Sumqayıt"ın Nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata əsasən, müşavirədə FHN Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və Sumqayıt şəhərində yerləşən 30-dan çox istehsalat müəssisəsinin nümayəndələri iştirak etmişdir.

Müşavirədə “Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları”, “İstehsalat müəssisələrində yanğın təhlükəsizliyi qaydaları” və “İstehsalat müəssisələrinin sığortalanması qaydaları” mövzularında çıxış edən natiqlər iri və xırda istehsalat müəssisələrində yanğın təhlükəsizliyi sahəsində mövcud problemlər və onların həlli yolları, yanğınsöndürmə zamanı üzləşdikləri çətinliklər, istehsalat müəssisələrinin sığortalanmasının vacibliyi barədə müşavirə iştirakçılarına məlumat verərək, onların Nazirliyin aidiyyatı qurumları ilə sıx əlaqədə fəaliyyət göstərmələrini diqqətə çatdırmışlar.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR