Sumqayıtda hava

İqtisadiyyat

Avropanın ən çox oxunan sənaye jurnalı "Sumqayıt Texnologiyalar Parkı"ndan yazıb

Avropanın ən çox oxunan sənaye jurnalı "Sumqayıt Texnologiyalar Parkı"ndan yazıb

Avropanın ən çox oxunan sənaye jurnalı "Sumqayıt Texnologiyalar Parkı"ndan yazıb

Avropanın ən çox oxunan sənaye jurnalı "Sumqayıt Texnologiyalar Parkı"ndan yazıb

Norveçdə nəşr olunan və Avropanın ən çox oxunan sənaye jurnalı "Manufacturing Today Europe"un bu ay üçün nəzərdə tutulmuş buraxılışında Sumqayıt Texnologiyalar Parkı haqqında məqalə dərc olunub.

AZƏRTAC-ın məlumatına görə, baş redaktor Emma Krane tərəfindən qələmə alınan "Building the future" başlıqlı yazıda STP barəsində oxuculara dolğun məlumat verilib.

Məqalənin giriş hissəsində qeyd edilib ki, Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2009-cu ilə istismara verilib. Qısa bir zamanda ölkə iqtisadiyyatının qeyri-neft sektorunda özünəməxsus yer tutan bu müəssisə regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP, Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə malikdir.

Məqalədə Texnologiyalar Parkının zavodları, müəssisənin həyata keçirdiyi layihələr barəsində dolğun məlumat verilib, onların istehsal gücü, məhsulları və bir çox tanınmış şirkətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin olduğu qeyd olunub. İstehsal olunan məhsulların beynəlxalq standartlara tam cavab verdiyi, zavodların Avropa istehsalı olan laboratoriyalarla təmin olunduğu nəzərə çatdırılıb. Müəllif yazısında STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standartlarının da tətbiq olunduğunu qələmə alıb.

Diqqətə çatdırılır ki, texnoparkda fəaliyyət göstərən bütün zavodlar Avropa və Yaponiya istehsalı olan ən yeni avadanlıqlarla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammal və materiallar yüksək keyfiyyətlidir. Şübhəsiz ki, Sumqayıt Texnologiyalar Parkı bu gedişlə regionda böyük layihələrdə daim mərkəzi rol oynayacaq.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR