Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinin təqdimatı keçirilib

Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinin təqdimatı keçirilib

Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinin təqdimatı keçirilib

Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinin təqdimatı keçirilib

Sentyabrın 29-da Sumqayıt şəhərində "Gənclərin Diksiya Klubu” layihəsinin təqdimatı keçirilib.

Bu barədə "Yenisumqayit.az"a layihə rəhbəri Rüfanə Hüseynova məlumat verib.

Tədbirdə layihə çərçivəsində əməkdaşlıq ediləcək təşkilatların nümayəndələri ilə yanaşı müxtəlif sahələri təmsil edən gənclər də iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan R.Hüseynova layihənin məqsədinin Azərbaycan dili, natiqlik sənəti haqqında gəncləri maarifləndirmək, onlarda ünsiyyət qurma, fikir çatdırma, özünüifadə, diksiya vərdişlərinin formalaşmasına nail olmaq, intonasiya, mimika və jestlərin danışıqda istifadə qaydalarını mənimsətməkdən ibarət olduğunu qeyd edib. Bildirilib ki, layihə çərçivəsində gənclərdə natiqlik sənətini, nitq mədəniyyətini formalaşdırmaq, onlarda ictimai təşəbbüskarlığa maraq oyatmaq, ünsiyyət qurma, çıxış etmə, fikir çatdırma, özünüifadə etmədə çətinlik çəkən və bununla da cəmiyyətin ictimai həyatında geri qalan gənclik təbəqəsinin ünsiyyət qurmada fəal iştirak seqmentini gücləndirmək, özünə inam, güvən, dialoq qurma və s. vərdişlərinin inkişaf etdirilməsi üçün seminarlar keçiriləcək.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR