Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Ekoloji təhlükəsizlik” mövzusunda seminar keçirildi

Sumqayıtda “Ekoloji təhlükəsizlik” mövzusunda seminar keçirildi

Sumqayıt Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Dövlət Universiteti tələbə-gənclər təşkilatının və Yeni Azərbaycan Partiyası Gənclər Bilriyinin birgə təşkilatçılığı ilə "Ekoloji təhlükəsizlik” mövzusunda interaktiv seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov Azərbaycan təbiətinin zənginliklərinin qorunub saxlanılması, sağlamlığımızın təmin olunması, ekologiyanın çirklənməsinin qarşısının alınması istiqamətində həyata keçirilən dövlət siyasətindən, görülən işlərdən söz açıb, gənc nəslin ekoloji tərbiyəsi məsələləri ilə bağlı fikirlərini bildirib.

SDU-nun tələbəsi Elvin Gülməmmədov çıxış edərək Gənclər Fondunun ekoloji mühitin qorunması istiqamətində gənclərin təşəbbüslərinin dəstəkləməsindən, onların potensiallarının üzə çıxarılmasında, inkişafında olan rolundan danışıb.Bildirilib ki, seminarın əsas məqsədi elektron tullantıların təbiətə, atmosferə, insan sağlamlığına vurduğu zərərin qarşısını almaq, bu zərərlər haqqında ictimaiyyəti bilikləndirmək, elektrontullantıların təbiətə və bitkilərə olan təsirlərini araşdırmaq, maarifləndirmə işi təşkil etməkdir.

Aysel Şıxəhmədova tərəfindən verilən interaktiv seminarda elektron tullantıların kompüter texnikası, enerji daşıyıcılarının, batereyaların və s. ətraf mühitə atılmasından təbiətin tədricən aşındığı, zərərli tərkiblərin ətrafa yayılaraq atmosferi, torpağı, qrunt sularını zəhərlədiyi ətraflı izah olunub, dünya təcrübəsində ətraf mühiti belə zərərlərdən qorumaq üçün tullantı qutularının yanına əlavə olaraq elektron tullantılar qutusunun qoyulduğu, belə tullantıların yenidən istehsal prosesinə cəlb olunduğu izah olunub.

"Yenisumqayit.az"

Sumqayıtda “Ekoloji təhlükəsizlik” mövzusunda seminar keçirildi

Sumqayıtda “Ekoloji təhlükəsizlik” mövzusunda seminar keçirildi

Sumqayıtda “Ekoloji təhlükəsizlik” mövzusunda seminar keçirildi

Sumqayıtda “Ekoloji təhlükəsizlik” mövzusunda seminar keçirildi

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR