Sumqayıtda hava

Manşet, Cəmiyyət

Qafqaz Universitetini seçən Prezident təqaüdçüsünün UĞUR FORMULU

Qafqaz Universitetini seçən Prezident təqaüdçüsünün UĞUR FORMULU

Mən Qasımzadə Nail İbrahim oğlu 1999 cu ildə Naxçıvan şəhərində anadan olmuşam. 2000-ci ildən Bakı şəhərində yaşayıram. Orta və tam orta təhsilimi 2005-2016-cı illərdə Xətai rayonunda yerləşən Heydər Əliyev adına Liseydə almışam. 9-cu sinfə qədər demək olar ki, əlaçı olmamışam (qiymətlərimin bəziləri isə çox aşağı olub). Sonradan isə özümdə dəyişikliklər edib, oxumağın faydasını anlayib, 9-11-ci siniflərdə məqsədyönlü şəkildə dərslərlə məşğul olaraq əlaçı olmuşam. 2 il həmçinin, repetitor yaninda hazirliqlara da qəbul imtahaninda daha uğurlu olmaq üçün getmişəm. Çox hazirlaşıb əziyyət çəkərək 2016-cı il iyulun 23-ü keçirilən imtahanlarda 692 bal toplamışam. Riyaziyyatdan bir mexaniki səhvə yol vermişəm.

Oxumağı çox xoşlayıram. Öz ixtisasımdan savayı ədəbi və digər növlərdə kitabları da vaxtaşırı mütaliə edirəm. Boş vaxtlarımda fotoqrafiyayla, kinoşünaslıqla, rəssamlıqla məşğul oluram. Həmçinin sosiallaşmağa da çalışıram.

Əslində, xaricdə təhsil almağı planlaşdırırdım. Amma sonra bakalavr təhsilini hələlik Azərbaycanda davam etdirməyi qərara aldım və bundan sonra qəbul imtahanına daha ciddi hazırlaşdım.

Uşaqlıqdan Azərbaycanda daha çox sevdiyim universitet Qafqaz universiteti olub. Son zamanlarda da hansı universitetdə təhsil alacağıma qərar verərkən Qafqaz şəxsi fikirlərimdə daha üstün olub. 692 bal topladıqdan sonra isə Qafqaza olan sevgim məni Qafqaza daha çox yaxınlaşdırdı.

Qafqazda təhsil Azərbaycan miqyasında olduqca üstündür. Həmişə də belə olub və fikrimcə, olacaq da. Son söhbətlərdən sonra mən də daxil olmaqla hamı bir qədər çəkinirdi buranı seçməyə. Mətbuatda yazılanlar, bağlanma xəbərləri çəkindirirdi. Amma bir qədər araşdırdıqdan sonra az da olsa qorxaraq buranı seçdim.

Bir çox fənnə və nəticə etibarilə bir çox ixtisasa marağım var idi. Amma daha çox riyaziyyat və coğrafiya fənnlərinə marağım var idi. Rəqəmlərlə və ölkələrlə işləməyi sevirdim. Daha həvəslə yanaşırdım.

Hər ailə kimi ailəmin də iqtisadi problemləri olub. Bu problemlərin həllində iqtisadiyyat böyük rol oynayır. Əlbəttə, iqtisadiyyatı bilmək problemin olmayacağı mənasına gəlmir. Amma bu problemi azalda bilər.

İqtisadiyyat ixtisasları içərisində isə yenə qərarsız idim. Biznesin idarə edilməsi ixtisasını da xoşlayırdım. Amma maliyyə ixtisasının iş cəhətdən seçimi çoxdur. Həm də ki, ətrafımda yüksək bal toplayanların çoxu buranı seçirdi. Yəni bu ixtisasın prestijli olmağı da müəyyən rol oynadı. Bir də ki, dedim də rəqəmlərlə "oynamağı" sevirəm.

Gələcək üçün planlarım arasında hal-hazırda Qafqazdakı təhsilimi uğurla davam etdirmək, alınsa bakalavrın ortasından, olmasa magistr üçün xaricdə (İngiltərə, Almaniya və s.) təhsil almaq mövcuddur.

Başqa planlarım özümü yenə də müxtəlif cəhətlərdən inkişaf etdirmək, ingilis dili bildiyim üçün əlavə dil biliklərinə də yiyələnmək, ingilis dilindən İELTS imtahanı vermək, hobbi kimi məşğul olduğum fotoqrafiya və kinoşünaslıqda daha da ilərləməkdir. Həmçinin, bir sıra şəxsi planlarım da var.

Sınaq imtahanlarında ən çox 665 bal toplamışdım. Həmişə TQDK imtahanlarında mexaniki səhvlər edərdim. Müəllimlərim də təəcüblənirdi. Məktəbdə 700 bala namizəd kimi göstərirdilər. Mənim isə bu cür səhvlər etməyim həm özümü, həm də onları məyus edirdi. Amma elə bil valideynlərim və müəllimlərim məndən əmin idilər. Həmişə təskinlik verib deyirdilər ki, qəbulda daha çox toplayacaqsan. Özüm də belə hiss edirdim.

Uğur qazanmağımda bir çox amil var. Hər şeydən əvvəl çox-çox çalışmaq. Çünki bu uğurun böyük hissəsini təşkil edir. Sonra isə istedad, məqsədyönlülük, bilik, valideynlərimin və müəllimlərin zəhməti və s.

Yuxarıda söylədiklərim başlıca olanlardır. Bunlardan əlavə abituriyentlər vaxtlarını düzgün bölsünlər, istirahətlərinə də vaxt ayırsınlar, sosiallaşsınlar. Amma fikirlərini çox da yayındırmasınlar. Vaxtlarını sistematik şəkildə keçirsinlər. Normada yatsınlar. Məsələn, nə lap çox, nə də lap az yatmasınlar.

Onu demək istəyirəm ki, burada böyük bir şey yoxdur. Siz də mənim qədər çalışıb, hədəfyönlü olsanız bacararsınız. Sadəcə özünüzdəki qüdrəti aşkara çıxarın. Sonra uğur gələcək. Özlərinə inansınlar. Heç vaxt uğursuzluqdan sonra pis olmasınlar. Daha da möhkəm ayağa qalxsınlar. Daha da həvəslə hazırlaşsınlar.

Bir də qeyd etmək istəyirəm ki, yaxşı bilənlər axırda mənim kimi mənasız səhvlər etməsinlər. Hamısını yazıb 700 yığsınlar)

Qəbul imtahanına qədər 700 bal gözləyirdik. Əlbəttə prezident təqaüdünə layiq görülməyi istəyirdim. Bu çox xoş bir şeydir. Hamı istəyər. Qəbuldan sonra artıq əmin idim. Və ailəlikcə çox sevindik. Müəllimlərim də çox sevindilər.

Mənə maddi cəhətdən böyük yardımı oldu. Bu təqaüdün bir hissəsi ilə bir qədər artım edəcəm. Bir hissəsini hər ay müəyyən kitablar almağa ayıracam. Bir hissəsi ilə əzizlərimə hədiyyələr alacam. Qalanını isə özümə xərcləməyi planlaşdırmışam.

Təqaüdün verilməsinə görə Cənab prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Bu təhsilə diqqətəlayiq qayğıdır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR