Sumqayıtda hava

Elan

Sumqayıtda TƏLİM: "Müasir təlim metodları və yeni pedaqoji texnologiyalar"

Sumqayıtda TƏLİM: "Müasir təlim metodları və yeni pedaqoji texnologiyalar"

MÖVZU:"MÜASİR TƏLİM METODLARI VƏ YENİ PEDAQOJİ TEXNOLOGİYALARIN TƏLİM - TƏRBİYƏ PROSESİNDƏ TƏTBİQİ"

TƏLİMÇİ: BAĞIROVA AYNURƏ SEYFƏDDİN QIZI

TƏHSİLİ:

- 2003-2007- ci illər, Sumqayıt Dövlət Universiteti - Filologiya fakultəsi "Filoloq-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası- BAKALAVR

- 2007-2009 -cu illər, Lənkəran Dövlət Universiteti - Dilşünaslıq (Azərbaycan dili ixtisaslaşması üzrə) - MAGİSTR.

- 2013-cü il və hazırda - Sumqayıt Dövlət Unievrsiteti - Azərbaycan dili - DOKTORANT.

İŞ TƏCRÜBƏSİ:

15.09.2010-cu ildən etibarən Azərbaycan Müəllimlər İnstitutu (Sumqayıt filialı) - Baş müəllim

Hazırda - Sumqayıt Dövlət Universiteti.

İŞTİRAK ETDİYİ TƏLİMLƏR:

- Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Müəllimlər İnstitutu, "Yeni fənn kurikumlarının tətbiqi ilə əlaqədar 2011-ci il yanvar ayının 26-dan fevral ayının 5-dək təşkil olunmuş "Öyrədənlərin Öyrədəni" kursundan keçərək TƏLİMÇİ statusu alıb;

- Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Müəllimlər İnstitutu, "Yeni fənn kurikumlarının tətbiqi ilə əlaqədar 13.06.2016-24.06.2016 tarixlərində keçirilmiş "Öyrədənlərin Öyrədəni" kursundan keçərək TƏLİMÇİ statusu alıb;

- 24.06.2014-18.07.2014-cü il tarixlərində Ali təhsil müəssisələri üçün "Ümumi təhsil kurikulumunun əsasları" fənninin tədrisi üzrə keçirilən təlim məşğələlərində biliyi, bacarığı və səriştəsi ilə fərqləndiyinə görə Azərbaycan Təhsil Nazirliyi və Mədəd Azərbaycan tərəfindən sertifikatla təltif olunub.

Təlim orta məktəbdə çalışan müəllimlər, pedaqoji fakultələrdə təhsil alan ali və orta ixtisas təhsili tələbələr, tədris mərkəzlərində çalışan pedaqoqlar üçün nəzərdə tutulub.

TƏLİMİN MÖVZULARI:

- Pedaqoji texnologiyalara tarixi-nəzəri baxış;

- Pedaqoji texnologiya sistemində yeni təlim texnologiyalarının səciyyəsi;

- Pedaqoji texnologiyaların təhlilinin məktəb müəllimlərinə psixoloqlarına kömək etməsi;

- Tədris prosesində pedaqoji texnologiyalardan istifadənin yolları;

- Yenilikçi müəllimlərin pedaqoji texnologiyalardan istifadə bacarığı;

- Tədrisdə pedaqoji texnologiya, təlim prosesinə yeni baxış, müasir tələblər, öyrənmə prosesi;

- Ənənəvi yanaşma və texnologiyanın köməyi ilə təlim prosesinin idarə olunmasındakı başlıca fərqlər;

- Pedaqoji texnologiyanın zaman-zaman yenilənməsi;

- İnteraktiv təlim metodu ilə keçirilən dərslərin mərhələləri və səciyyəvi xüsusiyyətləri;

- Öyrənmə prosesini müasir tələblər çərçivəsində qurmaq;

- Xarici təcrübədə əxz edilmiş bəzi yenilikçi müəllimlər tərəfindən tətbiq edilməyə başlayan interaktiv metodlar (rollu oyun, debatlar və s.).

TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞLİDİR - 1 nəfər üçün 5 AZN

TƏLİMİN SONUNDA İŞTİRAKÇILARIN HƏR BİRİNƏ SERTİFİKAT VERİLƏCƏK.

QEYDİYYAT ÜÇÜN TƏLƏSİN!

YERLƏR MƏHDUDDUR.

TƏLİMİN KEÇİRİLMƏ TARİXİ: 6 Noyabr 2016-cı il, saat 12:00

TƏLİMİN MÜDDƏTİ: 2 saat

TƏLİM KEÇİRİLƏN MƏKAN: "YUVAM" MMC, "YUVAM" Dərs Evi Sumqayıt şəhəri, 9-cu mkr, Sumqayıt şəhər Məhkəməsinin arxası

ƏLAQƏ NÖMRƏLƏRİ: 077 498 02 21, 050 701 06 21, 055 338 07 21

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR