Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda növbəti layihə başlandı - "EcoArt"

Sumqayıtda növbəti layihə başlandı - "EcoArt"

Sumqayıtda növbəti layihə başlandı - "EcoArt"

Oktyabrın 21-də Sumqayıt şəhərində "İnkişaf zamanı” proqramı və "MitOst”un dəstəyi ilə "Sosial dəyişikliklər naminə incəsənət" proyekti çərçivəsində "EcoArt" layihəsinin ilk mərhələsi keçirilib.

25 nömrəli məktəbdə keçirilən layihədə məktəbin 20 şagirdinə ekoloji incəsənət mövzusunda təlimlər keçirilib. Şagirdlər tullantılardan əl işləri hazırlamaq vərdişlərinə yiyələnərək əl işləri hazırlayıblar.

Təşkilatçı Toğrul Bayramlının sözlərinə görə, ekologiya elmi yer üzərində həyatın davamı və inkişafı ücün vacib olan bir istiqamətdir. Ekoloji biliklər yaş və peşədən asılı olmayaraq hamıya lazımdır. Bu səbəbdən, "EcoArt" ayihəsinin icrasına start verilib.

Layihənin əsas məqsədi diqqəti ekoloji problemlərə yönəldərək əhali arasında maarifləndirmənin aparılması, şəhərin daha təmiz görünüş alması, tullantıların təkrar emalının həvəsləndirilməsi, motivlərinin artırılması, ekoloji mədəniyyətin erkən yaşda formalaşdırılmasına nail olmaq, ekoloji tərbiyyənin yaş səddini unudub bu işə könüllü yanaşan hər bir gəncin əli ilə digər insanlara da səsimizi yetirə bilməkdən ibarətdir. Həmçinin həyat üçün ətraf mühitin qorunmasının vacibliyini çatdırmaq, əhalinin tullantıları xüsusi konteynerlərə atmasına nail olmaq, vətandaşları zibilatma mədəniyyətini və zibil qutularına atılmayan tullantıların ətraf mühitə zərərli olduğu fikrini aşılamaq, gənclərin ətraf mühit mövzusunda öz fikirlərini, düşüncələrini, qabiliyyət və bacarıqlarını nümayiş etdirmələrinə və bu sahədə təcrübə əldə etmələrinə imkan yaratmaq, məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında çəkilən rəsmlərlə əhali arasında informasiyanın daha da yayılmasına dəstək olmaqdan ibarətdir.

Növbəti mərhələdə Sumqayıt şəhərində yerləşən məhəllələrdə tullantı qutularının üzərində ekoloji problemlərə maraq oyadan, ekoloji mədəniyyəti, təmizliyi təbliğ edən rəsmlər çəkiləcək.

"Yenisumqayit.az"

Sumqayıtda növbəti layihə başlandı - "EcoArt"

Sumqayıtda növbəti layihə başlandı - "EcoArt"

Sumqayıtda növbəti layihə başlandı - "EcoArt"

Sumqayıtda növbəti layihə başlandı - "EcoArt"

Sumqayıtda növbəti layihə başlandı - "EcoArt"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR