Sumqayıtda hava

Elan

Sumqayit Qaz Istismar Sahəsində VAKANSİYA

Sumqayit Qaz Istismar Sahəsində VAKANSİYA

Usta (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri)

Müəssisənin adı: SOCAR, Azəriqaz İstehsalat Birliyi

Struktur vahidinin adı: Sumqayit Qaz Istismar Sahəsi

Vəzifə maaşı: 506 - 624 AZN (əlavə ödənişlər təyin edilə bilər.)

Ünvan: Sumqayıt şəhəri, 5-ci məh.ev. 14\15 "b"

İş vaxtının norması: NORM40/5

Əmək şəraiti: Quruda

Təhsil İstiqaməti: Sahə üzrə
Tələb olunan minimum təhsil səviyyəsi: Orta-ixtisas
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 3 ildən yuxarı (Texniki ali ixtisas təhsilli namizədlərdən sahə üzrə 1 ildən az olmayaraq iş stajı, sahə üzrə ali və orta - ixtisas təhsili olmayan namizədlərdən sahə üzrə 5 ildən az olmayaraq iş stajı tələb olunur.);
Tələb olunan kompüter bilik səviyyəsi: Word; Excell.
Vəzifə (peşə) funksiyaları:
• Xidmət rəisi hər hansı bir səbəbdən iş yerində olmadıqda, qazdan istifadə edən obyektlərin istismara qəbulunda iştirak etmək;
• Qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz kəmərlərinin, cihazlarının, qurğularının yerinin və sayının dəyişdirilməməsinə nəzarət etmək;
• İstehlakçılar tərəfindən texniki qayda pozuntuları aşkar edildikdə bu barədə xidmət rəisinə təcili məlumat vermək və "Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”na uyğun təcili tədbirlər həyata keçirmək;
• Təbii qazın istifadəsində hər hansı bir təhlükə yaranarsa, həmin an qazın nəqlini dayandırıb, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”na uyğun tədbirlər yerinə yetirmək;
• Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə bütün tədbirləri yerinə yetirmək;
• Qaz itkisinin qarşısının alınması üçün bütün tədbirləri həyata keçirmək;
• Xidmət sahəsində baş vermiş bədbəxt hadisələrin təhqiqində iştirak etmək;
• Xidmət sahəsi ərazisində olan abonentlərə təbii qazdan istifadə qaydaları barədə təlimat və təkrar təlimat keçmək;
• Məişətdə, sənayedə təbii qazdan iqtisadi cəhətdən səmərəli istifadə edilməsinə çalışmaq, xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət etmək;
• Təbii qazdan istifadə edən obyektlərin istismara qəbul ardıcıllığına və qaydalarına nəzarət etmək;
• Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.
Bilməlidir
• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları”nı;
• "Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
• "Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nı;
• Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təsdiq olunmuş "Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni;
• Qaz xətlərinin sxemlərinin oxunmasını;
• Qaz tənzimləyici məntəqələrin, Qaz paylayıcı stansiyaların, Kompressor stansiyaların texniki xarakteristikalarını
Son müraciət tarixi 25.10.2016





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR