Sumqayıtda hava

Cəmiyyət

Bakıda "Street art” nümunələrindən ibarət sərgi - FOTOLAR

Bakıda "Street art” nümunələrindən ibarət sərgi - FOTOLAR

Oktyabrın 23-də "Konstitusiya Araşdırmalar Fondu” və "MitOst” Assosiasiyasının həyata keçirdiyi, "Young Business Factory”un dəstəyi ilə "İnkişaf Zamanı proqramı - İncəsənət Sosial Dəyişikliklər üçün” layihəsi çərçivəsində gənc rəssamların sərgisi nümayiş etdirilib.

Layihə valideynlərin və cəmiyyətin basqısı nəticəsində fərqli ixtisaslara yönələn və arzuları yarımçıq qalan gənclərin həyat hekayələrini qələmə alıb və bu hekayələr gənc rəssamların yaratdıqları "Street art” nümunələrinə çevrilib.

Layihənin keçirilməsində məqsəd istedadlı yeniyetmələrin müstəqil ixtisas seçimini təbliğ edərək gələcəkdə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görmək və insanlara cəmiyyətin formalaşmasında incəsənətin rolunun vacibliyinı ötürməkdir. Sərgi izləyicilər tərəfindən böyük marağa səbəb olub və bu tipli maarifləndimə tədbirlərin davam etdirilməsi zərurəti vurğulanıb.

Layihə üzvləri 528 nəfər gənc (212 kişi və 316 qadın olmaqla) arasında sorğu keçirib. Sorğu iştirakçılarının ən gənci 19, ən yaşlısı isə 46 yaşındadır, ümumiyyətlə isə sorğu iştirakçılarının orta yaş aralığını 22-24 yaşlı gənclər təşkil edir. Respondentlər arasında 351 nəfər çalışır ki, onlarında 189 nəfəri, yəni 53,8%-i öz ixtisasına uyğun olmayan sahələrdə çalışırlar. Bu da öz növbəsində gənclərin sevmədiyi peşə üzrə çalışaraq gələcək inkişaf və karyera perspektivlərini əngəlləyir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR